Paşinyanın əsgər oğlu

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ölkəsinin silahlı qüvvələrində əsgərlərin qidalanması keyfiyyətindən narazılığını bildirib.

Metbuat.az SİA-ya istinadən xəbər verir ki, o bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi hissələrdə və möbqelərdə olduğu zaman ona əsgər yeməyi gətirilməsini istəyib və danına baxarkən bu qidaların dəhşətli olduğunu bildirib.

Paşinyan erməni əsgərlərinin qidalanması məsələsində problemlər yaşandığını etiraf edib və bildirib ki, bu problemlə məşğul olsalar da, həmin məsələni qısa müddətdə həll etmək mümkün deyil.

Lakin onun üçün ən böyük şokun oğlunun hərbi xidmətdən ona elədiyi zəngi olub. “Oğlumun hərbi xidmətdən elədiyi zəngi məndə şok yaratdı. O məndən bu və ya başqa şeylər göndərməyini istəyib”, deyən Paşinyan baş verənləri “çox pis siqnal” olduğunu bildirib.

Qeyd edək ki, Nikol Paşinyana yaxın medialar onun təbliğatı üçün oğlunun guya “DQR”də ön mövqelərdə "hərbi xidmət" keçdiyini yazırlar. Hətta bununla bağlı ictimai fikri yayındırmaq üçün onun oğlunun hərbi hissədəki fotoları da paylaşılır. Ancaq sosial şəbəkələrdə və Paşinyana bağlı olmayan müxtəlif mətbuat qurumlarında onun oğlunun Xankəndinin və Şuşanın ən rahat yerlərində tikilmiş otellərdə və istirahət obyektlərində “hərbi xidmət” keçdiyini qeyd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR