Türkiyədə yaşayan müğənni Günel Zeynalova ilə Rəhim Rəhimli arasında yaranan qalmaqal böyüməyə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Günel ötən gün "5-də 5" proqramına qonaq olarkən həmkarı barədə danışıb.

O, canlı efirdə mövzu ilə bağlı açıqlama verərkən "Rəhim mənə qarşı çaşmışdı" deyib. Daha sonra proqrama R.Rəhimli telefonla bağlanaraq Günellə küsülü olmadığını bildirib: "Mən onunla küsülü olsaydım, rəhbəri olduğum kanalda Günelin klip və mahnıları yayımlanmazdı".

Qeyd edək ki, R.Rəhimli bir müddət əvvəl Günelə qıcıq olduğunu bildirərək yaradıcılığı ilə maraqlanmadığını qeyd etmişdi.

Milli.Az