Aktyor Nicat Rəhimovun sosial şəbəkədə yeni fotosu yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Şirin" obrazı ilə tanınan aktyorun qadın paltarında və parikdə olan şəkli "Buğlama" teletamaşasının çəkilişi zamanı lentə alınıb.

Fotonu Nicatın dostları İlkin Həsəni və İlkin Misgərli İnstaqram səhifəsində yayımlayıb. Sosial şəbəkə izləyiciləri aktyorun fotosuna gülməli rəylər yazıblar.

Onun ünvanına "Bizim müğənnilərin estetiksiz halına oxşayır. Qaşını almağa qoyma, belə yaraşır" kimi rəylər yazılıb.

Milli.Az