"World Coach Ranking" nəşri dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, yerli baş məşqçilərimiz siyahıda ötən dəfəkinə nisbətən bir neçə pillə irəliləyib.

Yığmanın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 458-ci pillədə qərarlaşıb. Onun 1073 xalı var.

Q.Qurbanov ötən siyahı ilə müqayisədə 4 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 698-ci pillədədir. 42 xalı olan baş məşqçi ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.