Pakistanda bir nazir uçuşu təxirə salındığı üçün hava limanının ortasında paltarlarını yandırıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Gilgit-Baltistan bölgəsi naziri Fida Hüseyn İslamabad beynəlxalq hava limanında paltarlarını yandıraraq uçuşun ləğv edilməsinə etiraz edib.

Polisin ona yaxınlaşdığını görən nazir qollarını uzadıb qandal taxılmasını istəyib. Məlum olub ki, Fida Hüseyn səhv davranışa görə Ali Məhkəməyə çağırılıb. Nazir 3 dekabr tarixində hakim qarşısına çıxacaq.

Qeyd edək ki, reysin təxirinə pis hava şəraiti səbəb olub.

Videonu izləmək üçün şəklə klikləyin:
Pakistanlı nazir hava limanında paltarlarını belə yandırdı - VİDEO Pakistanlı nazir hava limanında paltarlarını belə yandırdı

Milli.Az