"Liverpul" futbolçusu Sadio Mane ilə müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, 2016-cı ilin yayında "Sauthempon"dan "Liverpul"a keçən S.Mane indiyə kimi 89 matçda 40 qol vurub.

Milli.Az