Pakistanın Kəraçi şəhərində Çin konsulluğunun yaxınlığında atışma olub, əl qumbarası partladılıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, şahidlər silahlı hücumda ən azı 3 nəfərin iştirak etdiyini bildirib. Diplomatik missiyaya məxsus binanın mühafizəçiləri naməlum şəxslərlə atışıb.

Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar göndərilib.

Geo TV-nin məlumatına əsasən, atışmada iki polis əməkdaşı ölüb, biri xəsarət alıb.