"Pozğun adamların İnstaqram profilindən..." -

"Əgər bir kanal qazanmaq üçün "zövq pornosu" göstərməyə məhkumdursa, bağlansın! "Ölünü özbaşına buraxanda, kəfənini bulayır."

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Telekanalları tənqid edən sənətçi bunları qeyd edib:

"Pozğun adamların İnstaqram profilindən televiziya, radio, mətbuat fərqlənsin artıq. O fərq - peşəkarlıq, intellekt və səviyyədir. Kimdə yoxdursa, öz İnstaqramından görsün işini. Öz "Youtube"dan aparsın verilişini, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib, şirkət və təşkilatların reklam və mətbuat işlərinə. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları...

Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans bilirsiniz nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, "Reytinq olmasa, kanal dolana bilməz". Başınıza dəysin o dolanmaq da, o reytinq də. Əyləncənin də səviyyəsi olur axı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR