Gömrükdən narkotik keçirmək cəhdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanıb. Nəticədə digər çantada - siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Karlovun qətlinin istintaqı tamamlandı - ŞOK DETALLAR üzə çıxdı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR