Dünən qarın boşlğunda ağrı hiss etdiyi üçün xəstaxanaya yerləşdirilən Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki əməliyyat olunub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin vəziyyəti hazırda sabitdir. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən məşqçinin bir həftə orada qalacağı bildirilib.
Qeyd edək ki, Prosineçki 2014/2017-ci illərdə milli komandamızı da çalışdırıb.
Milli.Az