Qarabağla bağlı İNANILMAZ SİRR, Azərbaycan kəşfiyyatı bu yolla ERMƏNİSTANI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
·19 baxış·16 dəq oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Belarus və Türkmənistana səfər edib. Türkiyə prezidentinin mətbuat
katibi İbrahim Qalın Ermənistan Azərbaycanın işğal edilmiş
ərazilərini azad etməli olduğunu bildirib. Nikol Paşinyan
Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm
Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.
Fransa prezidenti Emmanuel Makron növbəti səs-küy gətirəcək
bəyanatla çıxış edib. İran Avropanı nüvə razılaşmasından çıxmaqla
hədələyib. SEPAH-ın hava-kosmik qüvvələrinin komandiri
general-mayor Əmirəli Hacızadə ABŞ-ı təhdid edib. Çinin Dünya
Ticarət Təşkilatından çıxarılması gündəmə gələ bilər. ABŞ
prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi
Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham
etmək üçün kifayət qədər dəlilin olmadığını bildirib.
Azərbaycan, Dağlıq Qarabağ
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko ilə təkbətək görüşü olub.
Lukaşenkodan İlham Əliyevə: Sizi əmin etmək istəyirəm ki... (YENİLƏNDİ)
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov
ilə təkbətək görüşü olub. Təkbətək görüş başa
çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüş olub. Daha sonra prezidentlərin iştirakı ilə
Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və
Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış
ediblər.
İlham Əliyev: Ölkələrimiz regionda təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır (YENİLƏNİR)
Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı
ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi
olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış
ediblər.
“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və
hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu
prosesə qarışmayacaq”. Bu barədə rusiyalı hərbi
ekspert Aleksandr Xramçik deyib.
Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən
Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki
girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb
etdiyini etiraf edib. Bu etirafı Paşinyan Azərbaycan
Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın
qohumlarının etirazı haqqında danışarkən edib.
Paşinyandan Dilqəm və Şahbazla bağlı ŞOK ETİRAF: Daha iki Ramil Səfərovu...
Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin
razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz
əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş
istifadə olunur. Bunu Ermənistan baş naziri
vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan
iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına
münasibət bildirərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla
Abdullayeva deyib.
XİN-dən Paşinyanın Dilqəm və Şahbazla bağlı açıqlamasına CAVAB
“Əgər dekabrın 6-da Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) iclasında yeni baş katib seçilməsə,
razılığa görə Ermənistan bu işi davam etdirəcək”. Bu
barədə Ermənistanda baş nazir səlahiyyətini icra edən Nikol
Paşinyan mətbuat konfransında deyib.
Paşinyan Azərbaycan liderinin bu gedişindən QORXUYA DÜŞDÜ VƏ... - “Hələ üç ay öncə...”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
(KTMT) baş verənlər Ermənistanda Nikol Paşinyana qarşı qəzəbə səbəb
olub. Siyasi dairələr Ermənistanın KTMT-də
uğursuzluğa düçar olmasının Nikol Paşinyanın səhv siyasəti və
ağılsızlığından qaynaqlandığını bildirirlər.
“Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan hesab edir
ki, KTMT-də problemlər yaranacaqsa, bu, ilk növbədə Azərbaycanın
xeyrinə olacaq.
Erməni şərhçi Aram Amatuni isə yazır ki, əslində erməni siyasi
qüvvələr seçkilər öncəsi bu məsələdən Paşinyana qarşı istifadə
edirlər.
Azərbaycan hələ Sarkisyanın dövründə Ermənistanı... - Amatuni erməniləri şoka salacaq SİRRİ AÇDI
Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla
məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri
açıb. Adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda
genişmiqyaslı müharibənin olmayacağını qeyd edib.
“Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə
hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə
yetitrməyə məcburdur, bunlardan biri də Ermənistanın
təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və
müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur
olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə
olmayacaq”, - deyə o bildirib.
Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb
Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: “Ərdoğan
münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq
istəyir”.
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) timsalında öz təhlükəsizliyimizi Rusiyaya etibar etdik.
Belarus “Polonez”ləri Azərbaycana sataraq, bizim müttəfiqimiz
olmadığını çoxdan göstərmişdi, Qazaxıstan qardaşı olan Azərbaycanın
maraqlarını bütün şərtlərdə qoruyur. Bu gün əmin oluruq ki,
təhlükəsizliyimizi qoruyanlar Ermənistanın sonunu
gətirəcəklər”. Bu barədə erməni şərhçi Samvel
Ohanesyan KTMT-də baş verənlərlə bağlı bildirib.
Azərbaycan kəşfiyyatı bu yolla Ermənistanı DARMADAĞIN EDƏCƏK - Düşmənə GÖZLƏNİLMƏZ ZƏRBƏ
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini
azad etməlidir. Bunu Türkiyə prezidentinin mətbuat
katibi İbrahim Qalın Ankarada Türkiyə və Rusiya arasında gələcək
münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan
torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.
İ.Qalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin
həllində böyük məsuliyyət daşıyır.
Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş
Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda
sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
Rəsmi Bakı və İrəvan xarici işlər nazirlərinin
görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür
əlaqələri yalnız alqışlaya bilər. Bu barədə Rusiya
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk
qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində
keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə
bildirib.
"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün
keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə
dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş
keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq
olar", - M.Zaxarova deyib.
“Tramp Administrasiyası seçkidən sonra Ermənistandan
əraziləri qaytarmağı tələb edəcək”. Bu barədə Amerika
Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan deyib.
Onun sözlərinə görə, Vaşinqton Qarabağ məsələsində İrəvana
təzyiq etməyə hazırlaşır.
“Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün
güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda
sərgiləmədi. Əgər biz Boltonun bu açıqlamasına ABŞ-ın
Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa
vuran zaman dediyi “münaqişənin istənilən həll variantı ərazilərin
qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə
görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət
göstərmir. Bu, onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda
növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu
ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi
tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv
şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana
qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”, - deyə o
bildirib.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir
Putinlə prezident Rəcəb Tayyip Ərdoğan görüşüb.
Putinlə Ərdoğan “Türk axını” layihəsinin dəniz hissəsinin
tamamlanması mərasimində iştirak ediblər.
Ərdoğanla Putin İstanbulda dünyaya MEYDAN OXUDU
“Türkiyəyə “S-400” zenit-raket sisteminlərinə
alternativ olaraq nə təklif edə biləcəyimiz mövzusunda Konqreslə
müzakirələrimiz davam edir”. Bu haqda Rusiyanın
“Sputnik” “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon
bildirib.
Türkiyəyə növbəti “S-400” TƏHDİDİ
Türkiyə ABŞ-dan yaxşı təklif gələcəyi halda
“Patriot” sistemlərini almağa hazırdır. Bunu
“Rusiya-Türkiyə münasibətləri: gələcəyin təsvirini formalaşdırmaq”
konfransında çıxışı zamanı Türkiyə Prezidentinin sözçüsü İbrahim
Qalın deyib.
“Gələn il S-400-lərin ilk batareyasının tədarükü olacaq. Bundan
sonra biz onların birgə istehsalına başlayacağıq. Türkiyə heç vaxt
bir təklifə fokuslanmır. Əgər biz ABŞ-dan “Patriot” sistemləri ilə
bağlı yaxşı təklif alsaq və onun birgə istehsalıyla bağlı
razılaşsaq, o zaman bu sistemləri almağa hazırıq. Türkiyə bu
sistemləri özünümüdafiə üçün alır və heç kimə hücum etməyə
hazırlaşmır”, – deyə o bildirib.
Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84
FETÖ üzvünün siyahısı ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ
Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona
verilib. Bu barədə məlumatı Türkiyə Xarici İşlər
naziri Mövlud Çavuşoğlu verib.
Çavuşoğlu Türkiyənin Qaşıqçı cinayətinin sonuna qədər
işıqlandırılması məsələsində israr etdiyini və ABŞ-a da Ankaranın
mövqeyinin bu şəkildə çatdırıldığını söyləyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
ABŞ-da həmkarı Mayk Pompeo ilə görüşüb. Görüşdən
sonra jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu Rusiyadan
alınması nəzərdə tutulan “S-400” zenit-raket kompleksləri ilə bağlı
danışıb.
Türkiyədən ABŞ-ı silkələyən həmlə: O İŞ TAMAM – Əsl müharibə İNDİ BAŞLAYIR
ABŞ-ın PKK terror təşkilatının liderləri Murat
Karayılan, Cəmil Bayık və Duran Kalkanın başlarına ümumilikdə 12
milyon dollar mükafat qoyması əslində Türkiyəyə qarşı bir oyun
imiş. ABŞ-ın Şimali İraqdakı Süleymaniyyə hava limanı
üzərindən PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilə tibbi
ləvazimatlar, dərmanlar və silah göndərdiyi ortaya çıxıb.
Üç başa qoyulan mükafatın arxasındakı XAİN PLAN: Ərdoğan haqlı çıxdı - ŞOK DETALLAR
Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının
rəhbərliyinin iştirak etdiyinə dair çox güclü fikir birliyi var,
bunu kimsə mübahisə etmir. Bunu ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsinin (MKİ) Qaşıqçı cinayəti barədə hesabatı ilə
tanış olan ABŞ Dövlət Departamentinin səlahiyyətlisi “ABC News”
telekanalına müsahibəsində deyib.
“Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əmrin Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən
verildiyi gün kimi aşkardır”, - o söyləyib.
Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvləri
vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmaq
niyyətindədir. Bu haqda “Röyters” agentliyinə Kral
ailəsinə yaxın üç mənbə bildirib.
Onların sözlərinə görə, Kral ailəsindəki bu parçalanma jurnalist
Camal Qaşıqçının qətli ətrafında yaranan qalmaqalla bağlıdır.
Agentlik yazır ki, onlar Kral Salman bin Əbdüləziz əs-Səudun
başqa varisinin olmasını istəyirlər.
Vaşinqton şahzadə Salmanın “QƏLƏMİNİ QIRDI”: Taxta o çıxacaq
ABŞ Senatının beynəlxalq münasibətlər üzrə
komitəsinin rəhbərliyi prezidenti Donad Trampdan səudiyyəli
jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə
Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın verib-vermədiyi
barədə dəqiq cavab tələb edib. Bu haqda “Politico”
nəşri bildirib.
Nəşr dəqiqləşdirir ki, “Maqnitski aktı”na əsasən, prezident
insan hüquqlarının dünya liderləri tərəfindən pozulmasına aid olan
məsələ barədə suala 120 gün ərzində cavab verməyə məcburdur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp güman etdiyini bildirib
ki, Məhəmməd bin Salman krallığın İstanbuldakı konsulluğunda
jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini bilib.
ABŞ-da “vəliəhd üsyanı” hər keçən gün daha da
alovlanır. Camal Qaşıqçı cinayətində Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toz
qondurmayan ABŞ prezidenti Donald Trampa olan qəzəb pik nöqtədədir.
Bu sözləri Türkiyənin “Sabah” qəzetinin yazarı Bercan Tutar
bildirib.
Trampın şahzadə qərarında SENSASİYALI DETALLAR: 50 meqaşirkət və Con Kennedi...
ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı
cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı
salmağa çalışır. Bu haqda “Middle East Eye” saytında
dərc olunan məqalədə bildirilir.
ABŞ Qaşıqçıya görə ödənilməsi mümkünsüz olan MƏBLƏĞ İSTƏDİ: Dünyanı titrədəcək ADDIM
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd
bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün
kifayət qədər dəlil yoxdur. Bu sözləri ABŞ prezidenti
Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə
açıqlamasında deyib.
Bu ehtimal heç kimin ağlına gəlməmişdi: Tramp QAŞIQÇININ QATİLİNİ AÇIQLADI
ABŞ hökuməti İran, Rusiya və Suriyada fəaliyyət
göstərən 9 şəxs və şirkətdən ibarət qeyri-qanuni neft şəbəkəsinə
sanksiya tətbiq edib. Buna səbəb olaraq 5 nəfər və 4
qurumdan ibarət şəbəkənin Əsəd rejimi, Hizbullah və Həmasa maliyyə
dəstəyi verməsi göstərilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Açıqlamada rəsmi
Tehranın Rusiya şirkətləri ilə birlikdə işləyərək Suriya hökumətini
neftlə təmin etdiyi bildirilib. Əsəd rejimi isə neftin qarşılığında
İran İnqilab Keşikçiləri, Hizbullah və Həmasa milyonlarla dollar
transfer edib.
ABŞ-dan ŞOK QƏRAR - 3 ölkənin təmsilçilərinə sanksiya tətbiq edildi
Rusiya yaxın vaxtlarda İsrail və ABŞ-a İran
qoşunlarının Suriyadan çıxarılmasına əvəz olaraq, İrana qarşı bəzi
sanksiyaların ləğv edilməsini təklif edib. Bu haqda
İsrail hökumətinin iclasında iştirak edən mənbələrə istinadən
ABŞ-ın “Axios” nəşri yazıb.
Mənbələrə görə, guya bu haqda qapalı iclasda İsrailin baş naziri
Benyamin Netanyahu bildirib.
Ancaq Amerika nəşrinin xəbəri Moskva tərəfindən təkzib olunub.
Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov
bildirib ki, bu informasiyanı təsdiq etmir.
Oktyabr ayında isə Rusiya prezidenti Vladimir Putin “Valday”
diskusiya klubunun plenar sessiyasında söyləyib ki, İranı Suriyadan
getməyə razı salmaq Rusiyanın problem deyil.
Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları
noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft
ixracını hədəf alıb.
İran neft ixracına davam edəcək və ABŞ-ın iqtisadi
müharibəsinə müqavimət göstərəcək. Bunu İran
prezidenti Həsən Ruhani Xoy şəhərində etdiyi və dövlət televiziyası
ilə canlı yayımlanan çıxışında bildirib.
İran prezidentinin sözlərinə görə, ABŞ-ın İrana qarşı
sanksiyaları Tehrana qarşı aparılan psixoloji müharibənin bir
hissəsidir.
“Amerika Yəməndən İraqa qədər bölgədəki uğursuzluqlarına görə
bizi günahlandırır. İrana qarşı aparılan psixoloji müharibənin bir
parçası olan təzyiqə boyun əyməyəcəyik. Neft ixracımızı dayandıra
bilmədilər. Neft ixrac etməyə davam edəcəyik”, - prezident
deyib.
İqtisadi ehtiyacları ödənməyəcəyi halda, İran nüvə
razlaşmasından çıxacaq. Bu haqda ICANA agentliyinə
danışan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
bildirib.
“Nüvə anlaşmasında qalan Avropa İttifaqı ölkələri və digər
ölkələr razılaşma çərçivəsində İranın iqtisadi ehtiyaclarının
qarşılanmayacağı halda, razılaşmada qalmayacağımızı bilirlər”, -
İranın xarici siyasət idarəsinin başçısı deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun
nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib və İrana
qarşı sanksiyaları yeniləyib.
İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə
ABŞ-a təhdid edib. İranlı general ABŞ-ın Əfqanıstan,
Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin,
Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin
uçuş məsafəsində olduğunu açıqlayıb.
“Bizim raketlərin uçuş məsafəsindədirlər və hər hansı hərəkət
edərlərsə, onları vura bilərik. Qurudan dənizə raketlərimizin uçuş
məsafəsi 700 kilometrdir və ABŞ-ın təyyarədaşıyan gəmiləri
hədəfimizdədir”, - Hacızadə deyib.
Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları
noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft
ixracını hədəf alıb.
Ancaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə
ABŞ sanksiyalarının neft ixracına böyük təsir göstərməyəcəyini
açıqlamışdı.
ABŞ Rusiyanı İrana Suriyadan öz ordularını
çıxartması üçün təsir etməyə çağırır. Bunu ABŞ Dövlət
katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
O, İran qoşunlarının Suriyadan çıxarılması məsələsinin məntiqli
addım olduğunu deyib.
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə
komitəsinin sədr postu uğrunda mübarizə qızışır.
Komitə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın
impiçmenti, həmçinin yeni araşdırma dalğasını başlada bilər.
İki il əvvəl söz verilən MÜHARİBƏNİ O BAŞLADACAQ: Tramp üçün ən pis SSENARİ
Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə
müqavimət göstərmək üçün güclü olmalıdır. Bunu Fransa
prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.
"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın
xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha
güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.
Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq
olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu
oynaya bilməz".
Polşa baş nazirinin “Şimal axını 2” ilə bağlı
bəyanatı çox uğursuzdur. Bunu jurnalistlərə
açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
deyib.
Onun sözlərinə görə, bu layihə Avropa üçün faydalıdır.
“Bu, uğursuz bəyanatdır. “Şimal axını 2” sərfəli və iqtisadi
əsaslandırılmış layihədir. O, iqtisadi baxımdan təkcə tədarükçü
üçün yox, həm də Avropada bu qazı alanlar, xüsusilə də Almaniya
üçün sərfəlidir”.
Qeyd edək ki, bundan öncə Polşa Baş naziri Mateuş Moravetski
Rusiyanın “Şimal axını 2” layihəsini hazır edən kimi Ukraynaya
hücum edəcəyini bəyan edib.
Ukraynanın NATO Parlament Assambleyasındakı daimi
nümayəndə heyəti Rusiyanın islam terror təşkilatları ilə əlaqəsi
haqqında məruzəni təqdim edib. Bu haqda nümayəndə
heyətinin sədri İrina Friz iclasın nəticəsinə görə danışıb.
“Hələ Andropovun DTK-nin rəhbəri olduğu illərdə...” – Rusiya haqda ŞOK FAKTLAR AÇILDI
ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi prezident
Donald Trampın qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin
məhdudlaşdırılması barədə sərəncamını müvəqqəti
bloklayıb. Bu məlumatı “Röyter” agentliyi yayıb.
Agentlik hələlik sərəncamın dəqiq nə qədər müddət ərzində
bloklandığını açıqlamayıb.
Qeyd edək ki, Tramp bundan öncə qeyri-leqal miqrantlara ABŞ-da
sığınacaq verilməsini qadağan edib. Tramp bunu Meksikadan gələn
miqrant axınının qarşısını almaq üçün atdığını bildirib.
Son günlər dünyanın gündəmində olan mövzulardan biri
də Fransa prezidenti Emmanuel Makronun Avropanın vahid ordusunun
yaradılması ilə bağlı təklifidir.
NATO öz mövcudluğunu dayandıracaq və... - Bütün dünyanın SİLKƏLƏYƏCƏK ADDIM
Böyük Britaniyadan Fransa Prezidenti Emmanuel
Makronun Ümumavropa ordusu yaratmaq ideyasına münasibət
bildirilib. Böyük Britaniyanın Müdafiə naziri Gevin
Uilyamson Makronun bu təklifi ilə razı olmadığını deyib.
“Avropa Birliyinin NATO ilə rəqabət aparacaq ordu yaratmağa
köklənməsi tamamilə axmaq bir ideyadır”, - nazir bildirib.
Avropanın müdafiə sahəsindəki təşəbbüslərini
məmnunluqla qarşılayırıq. Bu barədə Ümumavropa
ordusunun yaradılması təşəbbüsünə münasibət bildirən NATO Baş
katibi Yens Stoltenberq bildirib.
“Bunlar NATO-nun daha güclü olmasına fayda verəcək. Avropanın
müdafiə təşəbbüslərinin NATO-ya alternativ və ya NATO-nun təkrarı
olmamasının gərəkdiyini açıq bir şəkildə ifadə etdim. NATO
Avropanın təhlükəsizliyinin əsası olmağa davam edir”, - Stoltenberq
bildirib.
Rusiyanın yeni nüvə doktrinasının hazırlaması ideyası nüvə
silahının tətbiqinə hədəflənib və bu məsələdə potensial rəqiblərə
dəqiq siqnal göndərir. Belə qənaətə “RİA-Novosti” agentliyinə
danışan Amerika ekspertləri gəliblər.
Federasiya Şurası çərşənbə günü Rusiya Təhlükəsizlik
Şurasına “Nüvə sahəsində Rusiya siyasətinin əsasları”nın yeni
mətninin hazırlanmasını təklif etdilər. Burada Rusiya
tərəfindən nüvə silahının tətbiqi, həmçinin hipersonik və strateji
qeyri-nüvə silahının başqa növlərinin rəqib tərəfindən tətbiqi
zamanı cavab hərəkətləri barədə qərarın qəbul olunması müəyyən
olunur.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin
Rusiya və Avrasiya üzrə proqramların direktoru Olqa Oliker hesab
edir ki, strategiyanın yeni redaksiyasının hazırlanması təşəbbüsü
Rusiya prezidenti Vladimir Putinin bu yaxınlardakı bəyanatları ilə
bağlı ola bilər.
Rusiya yeni nüvə doktrinası hazırlayır – Putin fəlakət ANONSU VERMİŞDİ
NATO rəhbərliyi Moskva ilə razılaşmasına baxmayaraq,
alyansın şərqə doğru genişlənməsini davam etdirməklə nəinki
SSRİ-ni, həm də bütün dünya ictimaiyyətini aldadıb.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, belə
dünya miqyaslı yalana görə məsuliyyəti təkcə NATO rəhbərliyi yox,
həm də bir sıra ölkələr və siyasi sistemlər daşıyır.
Ölkədəki problemlərə görə prezident Vladimir Putinin
məsuliyyət daşıdığını düşünən rusiyalılar 61 faiz təşkil
edir. Bu haqda Rusiyanın "Levada” analitik mərkəzinin
keçirdiyi sorğunun nəticələrində deyilir.
Rəyi soruşulanların daha 22 faizi əmindir ki, Putin Rusiyanın
bədbəxtliklərində “müəyyən dərəcədə” günahkardır. Göstəricilər
tədqiqatların bütün tarixi ərzində maksimuma çatıb.
Bu sorğu Putini ŞOKA SALACAQ: rusiyalıların 61 faizi…
NATO-nun genişlənməsi beynəlxalq təhlükəsizlik və
stabillik sisteminə zərbə vurur. Bunu jurnalistlərə
açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova deyib.
“Biz heç kimi qorxutmaq istəmirik. İstəyirik ki, beynəlxalq
ictimaiyyətin diqqəti bu genişlənməni dəstəkləyən dövlətlərin
təhlükəsizlik sisteminə böyük zərbə vurduğuna yönəlsin. Bu məsələ
təkcə Rusiyanın təhlükəsizlik məsələsi deyil” – deyə o
bildirib.
Ukrayna
Kreml rusiyalıları zəbt edilmiş Krımın Ukraynaya
qaytarılması imkanına hazırlayır. Bunu Rusiya KİV-ində ritorikanın
dəyişikliyi göstərir. Bunu “ObozTV”nin efirində Krım
Muxtar Respublikasının baş nazirinin sabiq müavini Andrey Sençenko
bildirib.
O qeyd edib ki, “Rossiya 1” telekanalında efirə gedən “60
dəqiqə” reytinq şousu da bunu göstərir.
“Onlar əhalinin reaksiyasını yoxlayırlar. Sanksiyalarla təzyiq o
səviyyəyə çatacaq ki, onlar konstruksiyanın tərpəndiyini və dağıntı
həddində olduğunu hiss edəcəklər, onda ciddi danışıqlar
başlanacaq”, - siyasətçi bildirib.