Xalq artisti Faiq Ağayev Azərbaycanı Uşaq Avroviziya yarışında təmsil edən Fidan Hüseynovaya dəstək kampaniyasına qoşulub.

Publika.az xəbər verir ki, Faiq Ağayev feysbuk səhifəsində yazıb ki, bu gün saat 19:00-a qədər Uşaq Avroviziya 2018 #online səsvermə sona çatacaq: “Ölkəmizin də yer aldığı yarışmada, səsvermənin qaydalarına əsasən, öz ölkəmizə də səs verə bilərik.

Necə?

• Saat 19:00-a qədər www.junioreurovision.tv saytında olan səsverməyə daxil olursunuz.

• İlk başda ölkəmiz, Fidan Hüseynova olmaqla azı 3, maksimum isə 5 ölkə seçirsiniz, və səs verməni tamamlayırsınız.

• Səsvermə 25 noyabr saat 19:00-da sona çatacaq və 25 Noyabr, #final günü, son iştirakçının ifasından sonra 15 dəqiqə müddətində yenidən aktivləşdirəcək. Siz bu 15 dəqiqədə yenidən ölkəmizə səs verə biləcəksiniz.

• Bu səslər uğurun yarısı deməkdi. Ölkəmizə dəstək olmaq və yaxşı pillədə qərarlaşdırmaq öz əlimizdədir”.