Əfqanıstanın Fərəh vilayətində Taliban militanları polis konvoyuna hücum edib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, hücum nəticəsində 18 polis ölüb. Bu barədə Fərəh rayon Şura vəkili Dadullah Kani məlumat verib. Ölənlər arasında Laş Cavin ərazisinin polis müdiri Məhəmməd İqbalın da olduğu deyilir.
Taliban rəsmiləri isə hücum nəticəsində 25 polisin öldüyünü iddia edib.
Aysel Yaqubqızı / Metbuat.az
İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb - FOTO / VİDEO