Azər eks-arvadı Vüsalə haqda ELƏ SÖZLƏR YAZDI Kİ... -

Aparıcı Azər Zahid İnstaqram hesabında etdiyi paylaşımla keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqda şərh yazıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, o, naməlum bir xanımla fotosunu səhifəsində yerləşdirərək əvvəlcə şərh bölməsini bağlayıb, sonra isə açaraq bunları qeyd edib:

Bilirsiniz kommenti niyə bağladım? Çünki bu şəkli bir test üçün qoydum. Düzdür, Türkiyədə seriala çəkildiyim zaman mənim həmkar qız tərəfdaşımdır, bu ayrıca. Bu şəkli qoydum ki, sizdən hər dəfə nəsə paylaşanda münasibətinizi bilmək üçün deyirəm, zəhmət olmasa, şərh yazın, hansı ki, reklamlardan başqa heç kim nəsə yazmır. Amma bu şəkli qoyan kimi o saat Vüsalə belə getdi, Vüsalə elə gəldi. Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nəə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın.

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub və bu nikahı da uğursuz olub.
Azər eks-arvadı Vüsalə haqda ELƏ SÖZLƏR YAZDI Kİ... - "Onu basdırmışam..."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR