Hikmət Babaoğlu: “Boğaziçi Forumu Azərbaycan üçün bir beynəlxalq platformadır" -

“Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən "Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunan 9-cu Boğaziçi Forumunun bu ilki mövzusu “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi kimi müəlyyənləşdirilib”.

Metbuat.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu deviz əslində hazırda bütün dünyanın ehtiyac duyduğu ən ümdə məsələdir və dünyanın gələcəyi də bu devizin nə qədər başarılı bir formula ilə həyata keçirilməsindən asılı olacaqdır: “Çünki bu gün təməlləri qoyulan siyasi paradiqmalar sabahın siyasi reallıqlarını müəyyən edəcəkdir. Azərbaycan da müharibəyə cəlb edilmiş ölkədir və Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal edilib. 1994 – cü ildən bəri atəşkəs rejimi tətbiq edilsə də Ermənistanın işğalçı ordusu daima təmas xətti və sərhəd boyunca Azərbaycan ərazilərini atəş altında saxlayır, dinc əhalini hədəfə çevirməklə faktiki müharibə vəziyyəti yaradır. Ona görə də bu gün qarşıdurmadan, müharibə şəraitində yaşamaqdan, terrora məruz qalmadan ən çox əziyyət çəkən ölkələrədn biri də Azərbaycandır və sülhə çox ehtiyacı var. Boğaziçi Forumu məhz bu həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan üçün bir beynəlxalq platformadır.

Forumda Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu məsələlərə diqqəti çəkərək inkişafın və sülhün bərqərar olması üçün ilk növbədə işğal faktına son qoyulmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın sülh istədiyini bildirən Ə.Həsənov ölkəmizin bunun üçün olduqca mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması yaratmağa nail olduğunu bildirərək davamlı inkişafın təmin olunması üçün yeni regional şərtlər yaratmağa müvəffəq olduğunu bildirdi. Əgər regionda və dünyada doğurdan da sülh istəyiriksə birgə səylə böyük bir siyasi coğrafiyada tüğyan edən terror və hibrid müharibə probleminə son qoymalıyıq. Bundan başqa Boğaziçi forumunda “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, "Sülh üçün müdafiə və təhlükəsizlik”, "Gələcəyin texnologiyalarına doğru”, "İqtisadi inkişafın təşkilində medianın rolu” və digər bu kimi aktual mövzular da müxtəlif panellərədə fəal müzkirə predmeti kimi müəyyənləşdirilib ki, bu mövzuların hər biri olduqca mühüm problem kimi öz həllini gözləyən məsələlərdir. Müsbət haldır ki, ölkəmiz bu tipli beynəlxalq konfransda görülməli işlərlə bərabər öz təcrübəsinə istinadən artıq gördüyü işlərdən də danışa bilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR