Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.

Metbuat.az-ın məlumatına görə, məntəqələr yerli vaxtla saat 8-də açılıb. Seçkilərin bu turunda iki namizəd prezident kürsüsü uğrunda mübarizə aparır.

Vətəndaşlar ölkə daxilində olmaqla yanaşı, 39 ölkədə yaradılmış seçki məntəqələrində də səsvermədə iştirak edəcəklər.

Ümumilikdə 3 min 703 seçki məntəqəsi fəaliyyət göstərir.

Gürcüstanda 18 yaşdan yuxarı 3 milyon 528 min 658 vətəndaş səsvermə hüququna malikdir.