Ötən mövsüm Çempionlar Liqasının 1/4 finalının "Borussiya" - "Monako" matçından əvvəl Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda saxlanılan şəxsin cəzası məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Dortmund məhkəməsi avtobusa hücum edən rus əsilli Almaniya vətəndaşı olan Sergey Venerqolda 14 il həbs cəzası verib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Venerqold hadisəni törətməkdə məqsədinin "Borussiya" klubunun hissələrinin dəyərini aşağı salmaq və bununla da, pul qazanmaq olduğunu deyib.

Partlayış zamanı Dortmund klubunun futbolçusu Mark Bartranın əli yaralanmış və daha sonra əməliyyat olmuşdu.

Milli.Az