Gömrükdə külli miqdarda siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlərin olması barədə məlumat daxil olub.

Komitədən Metbuat.az-a verilən məlumata görə keçirilmiş əməliyyat tədbiri nəticəsində avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılıb.

Baxış zamanı avtomobilin yük yerində olan sellofan torbaların içərisindən, üzərində aksiz markası olmayan 3000 ədəd "Parliament Aqua Blue", 2000 ədəd Parliament Super Slims", 1000 ədəd "Parliament Carat", 5600 ədəd "Marlboro Gold Edge", 12000 ədəd "Kent Nanotek" markalı siqaretlər aşkar olunub.

Faktla bağla araşdırma aparılır.

Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR