"Hər şeyin sonu var" - 1 daşla 9 quş

Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevdir.


- Niyə varsan?

- Məsləhət belə olub.

- Niyə yox olacaqsan?

- Hər şeyin sonu var.


- Niyə yazırsan?

- Özümü ifadə edirəm.

- Yaşamaq nədir?

- İmtahandır.


- Ölüm nədir?

- Bir dövrün yekunudur.

- Ədalət nədir?

- Daşların yerinə oturmasıdır.


- Azadlıq nədir?

- Özünü sərbəst ifadə edə bilməkdir.


- Yaradıcılıq nədir?

- Ləzzətdir.


- İnsan kimdir?

- Ən ali canlı varlıqdır.

Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı