Azərbaycan klubu türkiyəli mütəxəssislə anlaşıb

17:22 13 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:21 ]


Bakı – APA. Badri Kvaratsxeliyanın istefasından sonra baş məşqçi postuna Əfqan Talıbovu gətirmək istəyən və mütəxəssislə şifahi razılıq əldə edən “Turan Tovuz” futbol klubu sonradan məqsədinə nail ola bilməyib. Apasport.az saytının məlumatına görə, baş məşqçi axtarışlarını davam etdirən Tovuz təmsilçisi artıq yeni çalışdırıcı ilə anlaşıb.

 

Belə ki, əyalət təmsilçisi bu gün türkiyəli mütəxəssis Səlahəddin Dərvəndlə razılıq əldə edib və sabah müqavilə imzalayacaq. Bu gün klubun bazasına təşrif buyuran mütəxəssis komanda üzvlərinə təqdim edilib.

 

Təqdimat mərasimində klubun prezidenti Namiq Məstanov yeni baş məşqçi haqda xoş sözlər söyləyib və klubun gələcək planları və strategiyası haqda həm məşqçiyə, həm də futbolçulara məlumat verib. Dərvənd isə öz növbəsində yenidən Tovuzda gəldiyi üçün şad olduğunu, Azərbaycanın da vətəni saydığını bildirib və tərəddüd etmədən yenidən burada çalışmaqdan məmnuniyyət hissi duyduğunu deyib.

 

Komandanın kapitanı Asəf Qədiri də yeni baş məşqçilərinə komanda adından uğurlar arzulayıb və sağlam kollektiv sayəsində onun rəhbərliyi altında uğurlar əldə edəcəklərinə inandığını bildirib.

 

Qeyd edək ki, Dərvənd 2004-2006-cı illərdə “Turan”da məşqçi, 2008-ci ildə isə baş məşqçi kimi fəaliyyət göstərib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR