"Monako"nun kolumbiyalı futbolçusu Radamel Falkao keçmiş klubu "Atletiko" haqqında danışıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard İspaniya klubuna qayıda biləcəyinin siqnalını verib:
"Heç kim gələcəyi bilə bilməz. "Monako" ilə müqaviləm bitdikdən sonra nə olacaq, bilmirəm, amma hər zaman "Atletiko"nu dəstəkləyəcəm. Əlbəttə, "Atletiko" hər zaman qəlbimdə olacaq".
"Knyazlıq klubu" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq futbolçu, 2011-2013-cü illərdə "Atletiko"nun şərəfini qoruyub.
Milli.Az