"Biz dünya kuboklarını, çempionatlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirik".
Metbuat.az-ın məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe FIG-in Bakıda keçirilən 82-ci Konqresinin açılışında çıxış edərkən deyib.
O, Konqresin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb:
"Əminəm ki, Konqres öz işini uğurla başa çatdıracaq. Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk".//Trend.az
Yağışa görə sürət həddi endirildi - RƏSMİ - Oxumaq üçün tıkla