Hindistanlı Məcid adlı şəxsin üzündən 5 kiloluq şiş alınıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 45 yaşlı Məcidin 10 il əvvəl üzündə şiş yaranmağa başlayıb. Zaman içərisində böyüyən kütlə onun yemək yeməsini və udğunmasını əngəlləyib. Məcidin üzündəki şiş zaman içərisində böyüyüb və küçəyə çıxdığında insanlar ona lağ etməyə başlayıblar. Sağlamlıq vəziyyətindən utanan Məcid ailəsini tərk edib Onun həyatı bir günün içində dəyişib. Məcid 12 saat sürən əməliyyatla üzündəki şişdən xilas olub. Onun zədələnən çənə sümüyü ayağından alınan sümüklə yenidən bərpa edilib.
İllər sonra utanaraq övladlarının yanına qayıdan Məcidin müalicəsi hazırda davam edir.
Özünü üzündən vurub paramparça etmişdi - Son halı hər kəsi təəccübləndirdi