“Azpetrol” benzinin qiymətini eyni anda endirib və qaldırıb

18:17 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:16 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azpetrol” şirkəti “Premium” markalı benzinin qiymətinə yenidən baxıb.

Şirkətin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar “Azpetrol” tərəfindən “Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən etibarən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

 

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR