Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti 6 dekabr saat 09:35-də 3856 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 1.1% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
