Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti 7 dekabr saat 10:28-də 3437 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 10% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
