ATV kanalının aparıcısı Nərgiz Məmmədova özünə doğum günü keçirib.

Metbuat.az-ın məlumatına görə, onun özəl günündə yaxın dostları iştirak edib.

Şəhər restoranlarından birində baş tutan ad gününə şou-biznes nümayəndələri də qatılıb.

Qeyd edək ki, N. Məmmədova ATV-də "Hava"ya aparıcılıq edir. Bundan əlavə, o, sözügedən kanalda yayımlanan "Qız atası" serialında Səbinə obrazını canlandırır. //BAKU.WS