Gəncədə piyadanı avtomobil vurdu

Gəncədə piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, dekabrın 6-sı saat 20:00 radələrində İsgəndərov Nemət Kamal oğlu idarə etdiyi “Ford tranzit” markalı 20-DC-738 qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Bağbanlar küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada, 1934-cü il təvəllüdlü Rüstəmova Familə Xəlil qızını vurub. Hadisə nəticəsində piyada dekabrın 7-si saat 10:00 radələrində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Sabahın hava proqnozu açıqlanıb - RƏSMİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR