Qurban Qurbanov unutmasın ki... - “Xəzər-Lənkəran”ın rəsmisindən SƏRT AÇIQLAMA

Qurban Qurbanov unutmasın ki... - “Xəzər-Lənkəran”ın rəsmisindən SƏRT AÇIQLAMA
16:13 10 Dekabr 2018
116 İdman
Ölkə mətbuatı
A- A+

“6 gün əvvəl İrlandiyaya püşkatma üçün gedən və orada yeni tsikl üçün görəcəyi işlərdən danışan bir baş məşqçi niyə 6 gün ərzində istefa verməyi düşünsün ki”?

Bu fikri Publika.az-a açıqlamasında idman jurnalisti, “Xəzər-Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu səsləndirib.

Baş məşqçi Qurban Qurbanovun milli komandadakı postundan istefa verməsinə münasibət bildirən idman mütəxəssisi bildirib ki, Qurbanovun əvvəldən milliyə gəlişi səhv addım olub:

"Altı gün əvvəl İrlandiyaya püşkatma üçün gedən və orada yeni tsikl üçün görəcəyi işlərdən danışan bir baş məşqçi niyə altı gün ərzində istefa verməyi düşünsün ki? Hətta AFFA rəhbərliyi də bu sual qarşısında kobud desək, nala-mıxa vurur. Konkret olaraq, Millətlər Liqasında fiasko çox böyük qəzəb yaradıb. Hə, burada ola bilər ki, federasiya günahın tamamını Qurban Qurbanovun üzərinə yıxaraq zərbədən qaçıb. Ən yaxşı halda, onun iki yerdə çalışmasının uğursuzluğa səbəb olduğu önə çəkilib. Məncə, Qurban Qurbanov millidən bu şəkildə göndərilməsinə görə bərk qəzəblənib. Amma unutmasın ki, getdikcə daha böyük zərbələr alacaqdı və bu məsələ də qazanan yenə də onun özü, imicidir.

Kim gələcək? Gəlsə xeyir verəcək? Kim gəlsə belə, Azərbaycan millisi aşağı yuxarı bir və ya üç xal artıq xal toplayacaq. Bu Qurban Qurbanov da qalsa belə olacaqdı. Çünki ölkədə futbol kütləviləşmir, regionlarda futbol, ümumiyyətlə, yoxdur. Azərbaycanda bölgələrdə futbol akademiyaları, böyük klublar yaranmayınca millinin başına kimin gətiriləcəyi heç bir, hətta zərrəcə əhəmiyyət daşımır. AFFA isə son on ildə irəliyə doğru bircə doğru strategiya qəbul etməyib. İtirilən illər və ölkə futboludur”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR