Dmitri Kiselyov: "Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir"

Dmitri Kiselyov: "Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir"
14:05 11 Dekabr 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda yox, həm də daha geniş regionda sülh amilidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı teleaparıcı Dmitri Kiselyov deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vacib töhfə verib:

"Mənə elə gəlir ki, o, sağlam əsas qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının yaradılması və bu üçbucağın balanslaşdırılmış olması idi".

D.Kiselyov əlavə edib ki, Prezident İlham Əliyev bu baxımdan atasının siyasi xəttini davam etdirir: "Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslı cəmiyyət yaşayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR