Qənirə Paşayeva əməliyyatından YAZDI: “Təxminən bir ay içərisində...”

Qənirə Paşayeva əməliyyatından YAZDI: “Təxminən bir ay içərisində...”
14:13 12 Dekabr 2018
111 Ölkə
Ölkə mətbuatı
A- A+

“Keçirdiyim əməliyyatla əlaqədar olaraq həkimlər bir neçə gün telefonla danışmağa icazə vermirdi. Buna görə zənglərə cavab verə bilmirdim”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə əməliyyatdan sonra səhhəti ilə maraqlanan dostlarına təşəkkürünü bildirərkən yazıb:

“Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə "karpal tunel sindromu" diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə, təxminən bir ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər. Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/262865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR