Tək şans qaldı: iki ordu MÜHARİBƏ ƏMRİ GÖZLƏYİR - Mümkün SSENARİLƏR

Tək şans qaldı: iki ordu MÜHARİBƏ ƏMRİ GÖZLƏYİR - Mümkün SSENARİLƏR
13:38 13 Dekabr 2018
78 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada insanlar Rusiyayla müharibə haqqında səmimi danışırlar. Onların dediklərinə görə, Rusiya ilə müharibə heç vaxt belə yaxın olmamışdı.

Publika.az xəbər verir ki, bu sözlər Çexiyanın “Denik N” nəşrinin analitik yazısında yer alıb.

Nəşr müharibənin bütün ssenarilərini çəkir, aydınlaşır ki, Kiyevdə qələbə üçün heç bir şans yoxdur. Sual yalnız ondan ibarətdir ki, Ukrayna nə qədər dayana biləcək.

Nəşr qeyd edir ki, Ukrayna ordusu Avropada Rusiya istisna olmaqla, NATO-ya daxil olmayan ölkələr arasında ən güclü ordudur. Ukrayna Silahlı Qüvvələri bu gün ayaq üstə qalxır. Ukrayna 24 il dünyanın üç ən güclü nüvə gücündən biri idi. Amma 1994 il-cü ildə Kiyevin nüvə erasına Budapeşt memorandumu ilə son qoyuldu. Demək olar ki, əsrin dörddə biri keçəndən sonra Ukrayna onun təhlükəsizliyinə zəmanət verən dövlətin – Rusiyanın təcavüzünə məruz qaldı.

Hazırda iki ordunun mümkün hərbi toqquşması haqqında danışırlar. Rusiyanın 766 min, Ukrayna isə cəmi 160 min hərbçisi var. Səfərbərlik halında Rusiya daha 1 milyon 350 min hərbi qulluqçusunu silahlandıra bilər. Ukrayna isə təxminən 850 min insanı səfərbər edə bilər. Bütün bunlar yalnız “Global Firepower” agentliyinin dərc etdiyi təxmini rəqəmlərdir. Heç bir ölkələr dəqiq məlumatları açıqlamır. Ancaq Rusiya yalnız hərbçilərin sayına görə deyil, həm də texnika və texnologiya imkanları ilə Ukraynanı üstələyir. Hərçənd bəzi hallarda hətta əhəmiyyətli texniki üstünlük heç bir məna daşımaya bilər.

Noyabrın 25-də Rusiyanın Ukrayna gəmilərinə cavab olaraq Ukraynada hərbi vəziyyət tətbiq edildi. Bu tarixdən sonra Ukrayna-Rusiya sərhədinin hər iki tərəfində qoşunlar, hərbi texnika, tanklar və bütün növ ağır silahların təhlükəli konsentrasiyası həyata keçirilir. Əsgərlərin və komandirlərin əsəbləri hədsiz gərgindir.

Ukrayna-Rusiya sərhədindəki belə vəziyyət tammiqyaslı müharibə başlanacağı barədə əsas yaradırmı? Və Rusiyanın hücumu halında ukraynalılar nə qədər müqavimət göstərə bilər?

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Tomas Şmidanın fikrincə, Ukrayna yalnız məhdud vaxtda Rusiyaya qarşı dura bilər.

“Əgər Rusiya özünün bütün arsenalını tətbiq edərsə, onda Ukrayna ordusu maksimumu bir neçə həftə müqavimət göstərə bilər. Amma, ehtimal ki, ukraynalılar daha əvvəl məğlubiyyətlə üzləşəcəklər”, - o deyib.

Bu gün gənc ukraynalıların çoxu Praqaya köçməyə və hərbi xidmətə getməməyə üstünlük verirlər. Ekspertlər güman edir ki, Rusiya ilə genişmiqyaslı müharibə halında, milyonlarla Ukrayna qaçqını Qərbə hərəkət edəcək.

Nəşrin yazdığına görə, bu gün ukraynalılar 24 il əvvəl imtina etdikləri nüvə silahının həsrəti ilə yaşayırlar.

“Bu gün bizdə atom bombası olsaydı, ruslar Krım və Donbasa hücum etməzdilər”, - istənilən ikinci ukraynalı, həmçinin hərbi ekspertlərin bir hissəsi deyir.

“Amma Ukraynada artıq nüvə arsenalı yoxdur. Tək çıxış yolu, siyasətçilər və ekspertlərin hesab etdiyi kimi, bu müharibənin qarşısını almaqdır”, - Çexiya nəşri yekunlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/262968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR