2 saat gecikdi, 200 min avro cərimə olundu

2 saat gecikdi, 200 min avro cərimə olundu
21:18 13 Dekabr 2018
106 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” Usman Dembeleni cəzalandırıb. Buna səbəb hücumçunun məşqə gecikməsidir.

21 yaşlı fransalı oyunçu hazırlıq prosesinə iki saat yubanaraq rəhbərliyin və məşqçilər heyətinin qəzəbinə tuş gəlib. O, 200 min avro məbləğində cərimələnib.

Klubdan verilən açıqlamada gənc futbolçunun cəzalanmasına əsas səbəb kimi onun nizam-intizamı növbəti dəfə pozması göstərilib. Katalonların baş məşqçisi Ernesto Valverde məşqdə bildirib ki, yaxşı oynamaqla yanaşı, intizamlı olmaq da əsas şərtdir.

Dembele isə öz növbəsində komanda yoldaşlarından üzr istəyib. (Matç.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/263023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR