Müsəlman nazirdən Qüdslə bağlı ŞOK AÇIQLAMA – İsraili dəstəklədi

Müsəlman nazirdən Qüdslə bağlı ŞOK AÇIQLAMA – İsraili dəstəklədi
17:18 16 Dekabr 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Əl Xəlifənin tvitterdə Qüdslə bağlı yazdıqları müsəlman dünyasında etirazlarla qarşılanıb.

Publika.az xəbər verir ki, nazir sosial şəbəkədə Avtraliyanın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını dəstəklədiyini və bunun doğru addım olduğunu deyib. Müsəlman nazir bu qərarın Fələstin xalqının tələbləri ilə toqquşmadığını əlavə edib. O, Ərəb ölkələri Liqasının İsrailin qərarına etiraz etməsinin mənasız addım olduğunu da vurğulayıb.

Bəhreynli nazirin bu fikirləri dünyanın müxtəlif ölkələrində yaşayan insanların, xüsusi ilə də fələstinlilərin sərt etirazı ilə qarşılaşıb.

Qeyd edək ki, son vaxtlar bəzi Körfəz ölkələrinin İsraillə yaxınlaşması müşahidə edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/263282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR