Ulduz futbolçunun xanımı 16.3 milyon aavro ödəyəcək

Ulduz futbolçunun xanımı 16.3 milyon aavro ödəyəcək
18:47 16 Dekabr 2018
32 İdman
Ölkə mətbuatı
A- A+

Barselona məhkəməsi müğənni Şakiranın 16.3 milyon avro vergi ödəməsinə qərar verib.
Fanat.Az xəbər verir ki, "Barselona" və İspaniya millisinin üzvü Cerard Pike ilə evli olan kolumbiyalı müğənni 20122-2014-cü illərdə Barselonada yaşayarkən sənədlərlə özünü Baham adalarında yaşayırmış kimi göstərib və bununla da külli miqdarda vəsaiti vergidən yayındırıb.


İspaniya qaydalarına görə, ən azı 183 gün ölkədə qalan şəxslər dünya miqyasında əldə etdiyi gəlirdən vergi ödəməlidi. Şakira bu ilin fevralında vergi idarəsinə borclu olduğu 32 milyon avronu ödəmişdi. İndi isə onun daha 16,3 milyon avro borcunun olduğu müəyyənləşib.
Şakira özünü günahkar hesab etmir. Buna görə də, vergi idarəsi ilə Şakira arasında problem yaranıb.
Qeyd edək ki, Pike və Şakira 2010-cu ildə evlənib. Onların iki oğlu var.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/ulduz-futbolcunun-xanimi-163-milyon-aavro-deyecek/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR