Portuqaliya Sequndasında XIII turun oyunları keçirilir.

Milli.Az fanat.az-a istinadən bildirir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun forma getindiyi "Eştoril" "Farense"ni qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renat Dadaşovun 87-ci dəqiqədə vurduğu qol komandasına vacib qələbə qazandırıb. Gənc hücumçu bundan əvvəl, 68-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran "Eştoril" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Milli.Az