“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib - FOTOLAR

14.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd ümumi orta məktəbində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, icma sədri Ruhulla Ruhullayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında keçirilən maarifləndirici tədbirlərin gənclərimizin milli-mənəvi tərbiyəsinin formalaşmasında rolundan danışıb.

Lənkəran ŞəhərTəhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında şagirdlər arasında mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. C.Axundzadə Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin mənəvi varisi olduğunu qeyd edərək, 2018-ci ilin Cənab Prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət İli” elan edilməsini həm də mənəvi dəyərlərimizin qorunub saxlanılmasına mühüm töhfə kimi yüksək qiymətləndirib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib. Natiq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edərək, ölkəmizdə gənclərin bu dəyərlər ruhunda formalaşması üçün tədbirlər görüldüyünü bildirib.

Məktəbin direktoru Aygün Fətullayeva, kənd ağsaqqalı Akif Miriyev və digərləri mövzunun aktuallığı ilə bağlı fikirlərini söyləyiblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR