Türkiyənin Trabzon bölgəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 25 əcnəbi qadın saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər fahişəlik etməkdə ittiham olunurlar.

Məlumata görə, əməliyyat Trabzonun Ortahisar rayonunun Taşbaşı məhəlləsində yerləşən əyləncə klublarından birində keçirilib.

Saxlanılan qadınlardan 12-si Azərbaycan, 3-ü Gürcüstan, 3-ü Rusiya, 4-ü Ukrayna, 1-i Özbəkistan, 1-i Qırğızıstan və 1-i Moldova vətəndaşıdır.

Onlar ekstradisiya edilmək üçün miqrasiya idarəsinə təhvil veriliblər.

Milli.Az