Ermənistana SƏRT MESAJ, hər an başlayacaq ƏMƏLİYYAT... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
87 baxış·5 dəq oxu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev hərbçilərə yeni mənzillərin verilməsi
mərasimində iştirak edib. Ermənistan və Rusiya yeni əməkdaşlıq
müqaviləsi hazırlayır. ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı
Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə
razılıq verib. KXDR ABŞ-ın siyasəti ilə əlaqədar
denuklearizasiyadan imtina variantına baxır. Moskva Ukrayna
prezidenti Pyotr Poroşenkonu Rusiyayla sərhəddə təxribat
hazırlamaqda ittiham edib.
Güclü hərbi potensialımız Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir.
Bunu Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi
mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri
ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ordu quruculuğu
prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya
malik olan ölkələrin sırasındadır:
İlham Əliyevdən Ermənistana SƏRT MESAJ: Ordumuz istənilən vəzifəni icra etməyə hazırdır
Ermənistan və Rusiya yeni əməkdaşlıq müqaviləsi
hazırlayır. Bunu Rusiya Xarici İşlər naziri Sergey
Lavrov Ermənistanda ABŞ biolaboratoriyalarının mövcudluğuna qarşı
mübarizə ilə bağlı məsələyə cavabında deyib. O, yeni sənədin
Ermənistanda xarici ölkələrin hərbçilərinin mövcudluğunu qadağan
etməsinə zəmanət verəcəyini bildirib.
Lavrov həmçinin Rusiyanın MDB ölkələrində diplomatlarının
sayının ABŞ-dan daha az olduğunu söyləyib.
O, Rusiyanın ABŞ kimi marionet təşkilatlar yarada bilmədiyini
vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
“Komsomolskaya Pravda” radiosunun efirində Gürcüstanda ABŞ-ın
hərəkətlərini şərh edib. Lavrovun sözlərinə görə, ən
ciddi problem respublika ərazisində olan Amerika
biolaboratoriyasıdır.
Lavrov Gürcüstanda Rusiyaya qarşı hazırlandığı deyilən 9 piyada
batalyonunun ölkəsi üçün təhlükə olmadığını bildirib.
“Burada ən ciddi təhlükə biolaboratoriyadır. Əminəm ki, ABŞ bu
batalyonlarla heç yerə soxulmayacaq. Onlar anlayırlar ki, bizim
Abxaziya və Cənubi Osetiya ilə ittifaq münasibətlərimiz var, biz
müttəfiqlərimizə hücum etməyə imkan verməyəcəyik.
Biolaboratoriyalar yalnız Gürcüstanda deyil, həm də Ermənistan,
Qazaxıstan və Özbəkistanda var”, - o deyib.
ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı
Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə
razılıq verdi. Bu haqda Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan bildirib.
Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ
Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi
haqqında Müqavilədən çıxışının nəticələri Rusiyanın strateji nüvə
güclərinin döyüş tətbiqinin planlaşdırılması zamanı nəzərə
alınır. Bu haqda “Qırmızı ulduz” qəzetinə
müsahibəsində Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ)
komandanı, general-polkovnik Sergey Karakayev bildirib.
O əlavə edib ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə
müdafiə obyektləri Rusiyanın effektiv zərbə vasitələrinin təsir
zonasındadır.
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın
siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına
baxır. Bu haqda Şimali Koreyanın STAK agentliyinə
istinadən “RİA-Novosti” bildirib.
Xəbərə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın
işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə
edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin
sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan
həmişəlik imtinaya gətirib çıxara bilər.
KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması
və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar
yalnız əks effektə gətirib çıxaracaq.
Ukrayna prezidenti Petro Poroşenko prezident
seçkilərində daha layiqli namizədin olacağını istisna
etməyib.
“Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki
məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa,
ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti dekabrın 16-da
keçirdiyi mətbuat konfransında məlumat verib.
O, prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb:
“İndi hələ hazır deyiləm, çünki seçki kampaniyasına start
verilməyib”.
Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın
31-də keçiriləcək.
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla
sərhəddə təxribat hazırlayır. Bu haqda “Komsomolskaya
Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri Sergey
Lavrov bildirib.
O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət
dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir
qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.
Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları “Qərb
kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət
idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə,
Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi
məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya
hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün
əsaslar yaratmaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov Moskvanın Ukraynanın şərqində yaradılan separatçı qurumları
tanımamasının səbəbini izah edib. “Komsomolskaya
Pravda” radiosunun efirində danışan nazirin sözlərinə görə, bu
halda, Rusiya Ukrayna hakimiyyəti ilə münasibətləri qəti
itirəcək.
Ukrayna gəmilərinə hücum göstərdi ki, Rusiyanın
davranışında keyfiyyət dəyişikliyi oldu. O artıq traktorçular,
şaxtaçılar və ya “adamcığazlar” bəhanəsi ilə öz nizami qoşunlarının
hərəkətlərini gizlətmir. İlovaysk döyüşündə bir neçə on Rusiya
taktik qrupu iştirak edirdi, amma bu gizlədilirdi. Rusiya
artilleriyasının sərhəd boyu Ukrayna qoşunlarına atəş açdığı məlum
faktdır, amma Qərb bunu görməməyə üstünlük verirdi.
Bunu Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya
prezidentinin keçmiş məsləhətçisi, iqtisadçı Andrey İllarionov
danışıb.
Ukraynada prezident seçkilərində Moskvaya loyal siyasətçilərin
qələbə qazanmayacağı halda (Ukraynada prezident seçkisi 2019-cu
ilin martın 31-də keçiriləcək –red.), Rusiyanın Ukraynaya hücum
edəcəyi barədə ekspertlərin fikirlərinə gəlincə, İllarionov bunu
mümkün sayır.
Putinin keçmiş məsləhətçisi HƏR ŞEYİ DANIŞDI: 2019-cu il martın 31-də… - ŞOK DETALLAR