"5/5"də qonaq olan Mənzurə Musayeva "bankrot" olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, xanım ifaçı Zaurun "Şəhərin 10 yerində evi var" sözləri Mənzurənin həqiqəti açıqlamasına səbəb olub.

Müğənni iki evini qurmaq istədiyi biznesə görə "batırdığını" bildirib:
"Elə bilərlər, doğurdan, mənim o qədər evim var. "Bankrot" oldum, hamısı getdi. İndi şəhərdə iki evim var. "Bankrot" olduğum üçün ikisini satmışam. Bir iş görürdüm, alınmadı. Karyer açacaqdım, o vaxt müflis oldum. Evləri satdım ki, nəsə edim, o da alınmadı".
Məhəmməd Vaqif/
Milli.Az