"Prosineçki yaxşı üstünlüklərə sahibdir" - Edin Ceko

"Prosineçki yaxşı üstünlüklərə sahibdir" - Edin Ceko
22:47 18 Dekabr 2018
48 İdman
Ölkə mətbuatı
A- A+

Bosniya  və Herseqovina millisinin futbolçusu Edin Ceko yığmamıza qayıda biləcəyi iddia edilən baş məşqçisi Robert Prosineçki haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, komandanın builki uğurlarında xorvatiyalı mütxəssisin rolu olduğunu deyib: "Bu il azarkeşlərin bizə olan inamını  bərpa etdik. Oyunlarımızdakı atmosfer fantastik idi. Prosineçki isə paltardəyişmə otağına yeni enerji gətirdi. O, yaxşı üstünlüklərə sahibdir. Baş məşqçi yaxşı işlər görür. Biz Millətlər Liqasında qrup qalibi olduq. Amma daha böyük rəqabət aparmaq üçün yaxşı oyunlara davam etməliyik".

Qeyd edək ki, 2014-17-ci illərdə Azərbaycan millisini çalışdıran  Prosineçkinin yığmamızın baş məşqçisi vəzifəsinə bir nömrəli namizəd olduğu iddia olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR