Azərbaycanda şok: Ər ona xəyanət edən arvadını bağışladı

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Kənan adlı şəxs həyat yoldaşının evdən qaçdığını bildirib.

Metbuat.az a24.az-a istinadən xəbər verir ki, Vəfa Nəcəfovanın bir neçə ay əvvəl başqa bir kişi ilə də qoşulub qaçdığı məlum olub. Onun əri Kənan bildirib ki, qayınatasının xahişi ilə arvadını yenidən bağışlayaraq birlikdə yaşamağa başlayıb:

"Həmin vaxtlar mənim üçün çox ağır günlər idi. Anam ağır xəstə yatırdı. Qayınatam da xahiş etdi ki, bağışlayım. Mən də uşağıma görə bağışladım".

Qeyd edək ki, ötən gün Vəfa Nəcəfova adlı qadının əqli çatışmazlığı olan övladını marketdə ataraq qaçdığı məlum olub. Ata X.Hidayətqızından övladının anadan alınaraq rəsmən ona verilməsi üçün yardım istəyib. Aparıcı isə bildirib ki, uşağın rəsmən ataya verilməsinə və qadının aliment ödəməsi üçün yardımçı olacağını açıqlayıb.

Qazın limitiylə bağlı VACİB XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR