“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-oktyabr ayları ilə müqayisədə 1 mln. 701 min manat və ya 6,72% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 2 mln. 28,8 min manat və ya 8,12% artım müşahidə edilib.
Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-noyabr aylarında bu göstərici 3 mln. 610 min manat olub ki, bu, yanvar-oktyabr ayları ilə müqayisədə 325,9 min manat və ya 9,92%, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 984,8 min manat və ya 37,5% çoxdur.
Ümumilikdə, bu ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 13,37%-ni təşkil edib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 270,3 min manat, ödənişləri 65 min manat təşkil edib. Yanvar-oktyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 8,42% artıb, ödəniş isə qeydə alınmayıb. Bir il əvvəl ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 1,17% az və 2,8 dəfə çoxdur.