Koku "Fənərbağça"nın rəqibinin baş məşqçisi oldu

Mövsümün əvvəlində "Fənərbağça"da baş məşqçi təyin olunan, ancaq komandanın uğursuz çıxışından sonra vəzifəsindən göndərilən Filip Kokunun yeni komandası məlum olub.

Metbuat.az komanda.az-a istinadən xəbər verir ki, "Anderlext" holland mütəxəssisi komandanın "sükanı axasına" gətirmək niyyətindədir. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında danışıqların başladığı, yaxın günlərdə Kokunun "Anderlext"in baş məşqçisi olacağı bildirilib.

"Anderlext" bir müddət əvvəl baş məşqçi Heyn Vanhazebrukla yollarını ayırmışdı. Komanda cari mövsümdə Belçika Yupiler Liqasında 19 turdan sonra 31 xalla 4-cü pillədə yer alıb.

Belçika təmsilçisi Avropa Liqasında "Fənərbağça", "Dinamo" (Zaqreb) və "Spartak" (Trnava) komandalarıyla bir qrupda mübarizə aparırdı. "Anderlext" qrupu sonuncu pillədə tamamlayaraq, turnirlə vidalaşmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR