Bakı. Tural Turan - Trend:

Sasseks polisi Londonda “Qatvik” hava limanında dron buraxmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib. Trend-in məlumatına görə, “Qatvik” hava limanı artıq iki gündür ki, fasilələrlə çalışır.

Baş verənlər minlərlə sərnişinin planlarını pozub.

Hava limanında hələ də gücləndirilmiş təhslükəsizlik tədbirləri qalmaqdadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin