Türkiyəli məşhur müğənni Bülənt Ərsoy yeni il üçün alış-veriş edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni alış-verişə 4 saat vaxt sərf edib.
Əvvəlcə qızıl mağazasına girən sənətçi, daha sonra bəzək əşyaları mağazasına girib. Müğənni mağazada oturub bir-bir gətirilən məhsulları incələyib. 4 saatdan sonra isə alış-verişi bitirib.
B.Ərsoyun tül əlcəkləri, daş-qaşlı eynəyi və sırğası diqqət çəkib.