Yeni müharibə MEYDANI, düşməni darmadağın edəcək PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
101 baxış·18 dəq oxu
Aleksandr Lukaşenko Stanislav Zasın KTMT-nin baş katibi
postuna təyinatı haqqında qərar layihəsini imzalayıb. Türkiyə
Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində
yerləşən terror birliklərinə qarşı keçirəcəyi hərbi hərəkatın planı
artıq hazırdır. ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə
sistemi satmağa razılıq verib. Pentaqonun rəhbəri Ceyms Mettis
gələn ilin fevral ayının sonunda istefaya gedəcək. Vladimir Putin
ABŞ-ın Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında
Müqavilədən çıxışını beynəlxalq təhlükəsizlik üçün ən ağır
nəticələrə səbəb olacağını bildirib. KXDR ABŞ-ın siyasəti ilə
əlaqədar denuklearizasiyadan imtina variantına baxır. Ukrayna Ali
Radasın deputatı Vitali Kupriy Rusiyaya müharibə elan etmək
xahişiylə prezident Pyotr Poroşenkoya müraciətin layihəsini
parlamentə təqdim edib.
Azərbaycan, Dağlıq Qarabağ
Güclü hərbi potensialımız Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir.
Bunu Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi
mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri
ilə görüşündə deyib.
İlham Əliyevdən Ermənistana SƏRT MESAJ: Ordumuz istənilən vəzifəni icra etməyə hazırdır
Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur.
Bunu “Vestnik Kavkaza”nın müxbirinin Rusiyanın xarici işlər naziri
Sergey Lavrovun Bakıya səfəri zamanı dediyi “Nizamlanma üçün əsas
formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” sözləri ilə
bağlı sualına cavab verərkən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya
Zaxarova deyib.
O bildirib: “Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi,
yəni bu cür ideyalar hazırlanmallı və kreativ olmalıdır. Məhz bu
cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində
işləyir”.
“Azərbaycan cəbhədə yeni qüvvələr toplayır və zamanı
gələndə bundan Qarabağda istifadə edəcək”. Bu iddia
ilə erməni ekspert Taron Ovannisyan çıxış edib.
Onun sözlərinə görə, Bakı Ermənistanın yeni hakimiyyətinə “aprel
müharibəsi” mesajı verir.
“Azərbaycan bildirir ki, Serj Sarkisyan “aprel müharibəsi”ndə
məğlubiyyətə görə hakimiyyətini itirdi. Əgər yeni hakimiyyət
münaqişənin nizama salınması təklifi ilə razılaşmasa, “aprel
müharibəsi” təkrarlanacaq. Bəzi postların Azərbaycan sərhəd
qoşunlarına verilməsi yeni hazırlıqdan xəbər verir”, - deyə o
bildirib.
Azərbaycan Prezidentinin əmri ilə Ermənistanla
sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postların sərhəd
qoşunlarının xüsusi bölmələrinə verilməsi İrəvanda ciddi narahatlıq
yaradıb. Bununla bağlı danışan Qarabağ müharibəsində
I kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vova Vartanov
hazırda Azərbaycan tərəfinin aktivliyinin müşahidə olunduğunu
deyib.
Erməni kəşfiyyatçıdan ŞOK AÇIQLAMA: Azərbaycan Qarabağa yeni ORDU GÖNDƏRİR
Azərbaycanın Qazax və Ağstafa istiqamətlərində bəzi
postlara sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanda “Bakı nəyə
hazırlaşır?” kimi təşviş dolu suallar yaradıb. Erməni
şərhçi Aram Amatuni Bakının yeni plan hazırladığını iddia edib.
Ordumuzun cəbhədəki bu həmləsi İrəvanı SİLKƏLƏDİ - Düşmən TƏŞVİŞ İÇİNDƏ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11000
hektar ərazini işğaldan aza etməsi ilə bağlı məsələ Ermənistanda
yenidən gündəmə gəlib. Ermənistan Respublika
Partiyasının mətbuat xidməti Eduard Şarmazanov Nikol Paşinyan
hakimiyyətini bu məsələyə görə ittiham edib.
Paşinyan Qarabağ məsələsində razılaşıb - Şarmazanovdan SENSASİYALI ETİRAF
“ABŞ-ın qoşunlarını Suriyadan çıxarması və
Türkiyənin regionda aktivləşməsi Dağlıq Qarabağ məsələsinə təsir
edə bilər”.Bu barədə erməni türkoloq Ruben
Safrastyan deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda güclənən Türkiyənin
dəstəyindən istifadə edərək, Qarabağda status-kvonu dəyişdirmək
istiqamətində hərəkətə keçə bilər.
“Ümid edirəm ki, bu olmayacaq və Minsk qrupu çərçivəsində sülh
danışıqları davam edəcək”, - deyə o bildirib.
Ermənistan
Ermənistan və Rusiya yeni əməkdaşlıq müqaviləsi
hazırlayır. Bunu Rusiya Xarici İşlər naziri Sergey
Lavrov Ermənistanda ABŞ biolaboratoriyalarının mövcudluğuna qarşı
mübarizə ilə bağlı məsələyə cavabında deyib. O, yeni sənədin
Ermənistanda xarici ölkələrin hərbçilərinin mövcudluğunu qadağan
etməsinə zəmanət verəcəyini bildirib.
Lavrov həmçinin Rusiyanın MDB ölkələrində diplomatlarının
sayının ABŞ-dan daha az olduğunu söyləyib.
O, Rusiyanın ABŞ kimi marionet təşkilatlar yarada bilmədiyini
vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
“Komsomolskaya Pravda” radiosunun efirində Gürcüstanda ABŞ-ın
hərəkətlərini şərh edib. Lavrovun sözlərinə görə, ən
ciddi problem respublika ərazisində olan Amerika
biolaboratoriyasıdır.
Lavrov Gürcüstanda Rusiyaya qarşı hazırlandığı deyilən 9 piyada
batalyonunun ölkəsi üçün təhlükə olmadığını bildirib.
“Burada ən ciddi təhlükə biolaboratoriyadır. Əminəm ki, ABŞ bu
batalyonlarla heç yerə soxulmayacaq. Onlar anlayırlar ki, bizim
Abxaziya və Cənubi Osetiya ilə ittifaq münasibətlərimiz var, biz
müttəfiqlərimizə hücum etməyə imkan verməyəcəyik.
Biolaboratoriyalar yalnız Gürcüstanda deyil, həm də Ermənistan,
Qazaxıstan və Özbəkistanda var”, - o deyib.
Paşinyan gələn həftə Rusiyaya gedəcək.
Bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya
Prezidenti Vladimir Putin deyib.
“Biz münasibətlərin inkişafını yaxın zamanlarda Paşinyanla
müzakirə edəcəyik. O, gələn həftə Rusiyaya səfər etməlidir”, – deyə
o bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik
Şurasının dövlət katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna təyinatı haqqında
qərar layihəsini imzalayıb. Bu haqda Belarus
prezidentinin saytında bildirilir.
Lukaşenkodan Paşinyana ŞOK ZƏRBƏ: Minsk 4 ölkə ilə razılaşdı
Türkiyə, İran, Yaxın Şərq
ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı
Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə
razılıq verdi. Bu haqda Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan bildirib.
Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ
ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı
Qüvvələrinin Fərat çayının şərqində terrorçulara qarşı hərbi
əməliyyat keçirməsinə razılıq verməyib. Bunu ABŞ
Xarici İşlər Nazirliyinin mətbuat katibi Robert Palladino
deyib.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
Fərat çayının şərqində yerləşən terror birliklərinə qarşı
keçirəcəyi hərbi hərəkatın planı artıq hazırdır.
“Mehmetçik” hərəkətə keçmək üçün əmr gözləyir.
24 min əsgər eyni anda HƏRƏKƏTƏ KEÇƏCƏK - Düşməni darmadağın edəcək PLAN ÜZƏ ÇIXDI
ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə
sistemi satmağa razılıq verib. ABŞ Xarici İşlər Nazirliyi 3,5
milyard dollar dəyərində havadan və raket müdafiə sisteminin
Türkiyəyə satılmasını təsdiq edib. Bu barədə ABŞ
Müdafiə Nazirliyinin (Pentaqon) nəzdindəki Müdafiə-Təhlükəsizlik
Əməkdaşlığı Agentliyi yazılı açıqlama yayıb.
Açıqlamada 80 “MIM-104E” Patriot raketi, 60 yüksək qabiliyyətli
“Patriot-3” (PAC-3) və təlimli komandanın Türkiyəyə göndərilməsinin
qərara alındığı yazılıb. Sözügedən müdafiə sisteminə 4 ədəd
“AN/MQP-65” radar dəsti, 4 ədəd kilidlənmə nəzarət sistemi, 20 ədəd
“M903” raketatar stansiyası və s. daxildir.
Rusiyanın Türkiyəyə S-400 zenit-raket sistemləri
çatdırması ilə Türkiyəyə “Patriot” havadan və raket müdafiə
sistemlərinin mümknü satışı arasında bağlılıq yoxdur.
Bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bunlar bir-birilə bağlı proseslər deyil. İndiki halda bizim
türk həmkarlarımızla əldə etdiyimiz müqavilə reallaşdırma
mərhələsindədir”, - Peskov deyib.
Türkiyə ABŞ ekspertlərinə Ankaranın onu almasından
sonra Rusiyanın S-400 kompleksini tədqiq etməyi təklif
edib. Bu məlumatı “Blomberq” agentliyi yayıb.
Məlumata görə, Ankara bunun sayəsində S-400 alışı ucbatından ABŞ-la
yaranmış konflikti yoluna qoymağa cəhd edib.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə “Patriot” sistemlərinin
satışına izn verib. Satış razılığını Senatın təsdiqləməsi
lazımdır.
Dekabrın 20-də Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanla İran lideri Həsən Ruhani arasında Ankarada görüş
keçirilib.
Ərdoğan və Ruhani RAZILAŞDI: ABŞ-ın... - YENİLƏNDİ (FOTO)
Yunanıstan Müdafiə Nazirliyinin baş qərargan rəisi
Evangelos Apostolakis Türkiyə haqqında təhdid xarakterli
açıqlamalar verib. General Türkiyə ordusunu
yerlə-yeksan edəcəklərini deyib.
“Yunan Silahlı Qüvvələri bölgədəki sülh və sabitliyi qorumaq
vəzifəsini daşıyır. Türklər qayalıqlarımıza çıxarsa, onları
yerlə-yeksan edərik. Hökumətimiz də bizimlə eyni fikirdədir”,- baş
qərargah rəisi bildirib.
Suriyada bir çox hərbi bazaya malik olan ABŞ bütün
qoşunlarını Suriyadan çıxarmağı düşünür. Bu haqda
“Röyters” agentliyi amerikalı səlahiyyətlilərə istinadən bildirib.
Agentlik Suriyanın İŞİD terror təşkilatından təmizlənmək üzrə
olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının
Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib.
Donald Tramp özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının
məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə
səbəbinin bu olduğunu yazıb.
ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan
geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.
Telekanal Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğunu
qeyd edir.
“Deməli, Əfqanıstan artıq əsas hədəf olacaq.
Əfqanıstan üzərindən Mərkəzi Asiyaya da təsir göstərmək
istəyəcəklər”. Bunu ABŞ qoşunlarının Suriyadan
çıxarılması ilə bağlı Vaşinqtonun qərarını şərh edən Rusiya
Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr
müavini Frans Klinseviç bildirib.
O həmçinin, Suriyadakı çoxlu sayda döyüşçünün ABŞ tərəfindən
Əfqanıstana aparıldığını söyləyib.
ABŞ-ın Suriya qərarının arxasındakı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: yeni müharibə meydanı və Azərbaycan…
ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının
Suriyadan çıxardılması haqqında qərarı qəbul etməsinə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın həlledici təsiri
olub. “Hürriyyət” nəşrinin yüksək vəzifəli türk
məmuruna istinadən yazdığına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı
həmkarın ilə telefon danışığı zamanı onu Türkiyənin İŞİD terror
təşkilatına qarşı mübarizə aparacağına dair söz verib.
Suriya qərarının arxasındakı SİRLİ TELEFON DANIŞIĞI: Ərdoğan Trampa dedi... – DETALLAR
ABŞ prezidenti Donald Trampın Suriyadan çəkiləcəyi
barədə bəyanatı terror təşkilatlarına verilən silahların taleyi ilə
bağlı sualı ortaya çıxardı. Bu suala cavab verən
siyasi şərhçilər eyni zamanda, Fransanın “ABŞ-ın boşaldacağı
yerlərə biz gələcəyik” şərhinin nə anlama gəldiyini və Türkiyəni
bölgədə nələrin gözlədiyini də qiymətləndiriblər.
Ən BÖYÜK QORXU: Bu yerlər Türkiyənin əlinə keçəcək
ABŞ prezidenti Donald Tramp ilə Suriya məsələsində
bir çox nöqtədə eyni fikri paylaşırıq. Bu sözləri
ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bütün etirazlarımıza baxmayaraq, Fəratın şərqində qurulmağa
çalışılan terror dəhlizi bizi hər cür riski almağa itələyir. Barak
Obamanın dövründəki problemlər Tramp üçün pis bir miras olaraq
qaldı. Qarşıdakı aylarda Suriyada PKK və İŞİD-in qalıqlarını
təmizləyəcək bir hərəkat tərzi izləyəcəyik. Bu gün Türkiyəyə diz
çökdürmək dünəndə qat-qat çətindir”, - Ərdoğan söyləyib.
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı
hücumları artıracaqlarını deyib. Buna səbəb ABŞ-ın
hərbi qüvvələrini Suriyadan geri çəkməsidir.
“İranın Suriyada yerləşməsi cəhdlərinə qarşı çox aqressiv
davranmağa davam edəcəyik. İşlərimizi azaltmayacağıq. Bunu ABŞ-ın
tam dəstəyi və bizə arxa çıxması ilə edəcəyik” – Netanyahu
bildirib.
ABŞ-ın Suriyadan çəkiləcəyini açıqlamasının ardınca
Fransadan kritik bir bəyanat gəldi. Fransanın Avropa
İttifaqı naziri Natali Luazo Suriyada qalmağa davam edəcəyini
bildirib.
ABŞ-ın Suriyada Əsəd rejimini devirmək kimi bir
istəyi yoxdur. Bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi
nümayəndəsi Ceyms Cefri deyib.
Cefri Əsədin müharibədə qalib gəlmədiyini, ölkədə 100 minə yaxın
müxalif döyüşçü olduğunu və Əsəd rejiminin müxaliflərlə razılaşmalı
olduğunu bildirib.
“Biz tamamilə fərqli bir rejim görmək istəyirik. Bu rejim
dəyişikliyi deyil, Əsəddən qurtulmağa çalışmırıq”, - Cefri
bildirib.
Suriyanın yenidənqurulması prosesinə toxunan Cefri rejimin
müxaliflərlə razılığa cəhd göstərməyəcəyi təqdirdə Qərb
dövlətlərinin Suriyanın yenidən qurulmasına maddi dəstək
verməyəcəyini qeyd edib.
Rusiya Suriyada olan İran hərbçilərinin İsraillə
sərhəddən aparılmasına kömək etdi. Bu haqda
“RİA-Novosti” agentliyinə Rusiya Təhlükəsizlik Şurasının katibinin
köməkçisi Aleksandr Venediktov bildirib.
Onun sözlərinə görə, İran hərbçiləri məhz Moskvanın səyləri ilə
cənub deeskalasiya zonası üzərində nəzarəti Suriya qoşunlarına
verdi və sərhəd xəttindən 100 kilometr uzaqlaşdı. Venediktov hesab
edir ki, bu, İran-İsrail münasibətlərinin sabitləşməsinə ciddi
töhfədir.
Qeyd edək ki, İsrail və ABŞ İran güclərinin Suriyadan çıxmasını
təkidlə tələb edirlər.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza və
Qərbi Şeriaya göstərilən qida yardımlarını azaldacaq.
Bu haqda təşkilatın açıqlamasında deyilir. Qərarın bu iki bölgədə
yaşayan 190 min fələstinliyə təsir edəcəyi bildirilir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya tərəfindən
təhlükələrə qarşı “soyuq müharibə” dövrünün strategiyasına qayıdır.
Bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyinin başçısı Uilyamson
Qevin bildirib.
Britaniya “Soyuq müharibə” strategiyasına qayıdır
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral
ayının sonunda istefaya gedəcək. Bu barədə ABŞ
Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Ceyms Mettis fevralın sonunda istefaya gedəcək. Ceymsin
vəzifədə olduğu müddətdə xüsusən ABŞ Silahlı Qüvvələri üçün hərbi
texnika alınması sahəsində böyük uğura nail olundu”, - Tramp
bildirib.
ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Mettisin yerinə
namizədin kimliyinə də aydınlıq gətiriləcəyini söyləyib.
Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi
haqqında Müqavilədən çıxışının nəticələri Rusiyanın strateji nüvə
güclərinin döyüş tətbiqinin planlaşdırılması zamanı nəzərə
alınır. Bu haqda “Qırmızı ulduz” qəzetinə
müsahibəsində Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ)
komandanı, general-polkovnik Sergey Karakayev bildirib.
O əlavə edib ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə
müdafiə obyektləri Rusiyanın effektiv zərbə vasitələrinin təsir
zonasındadır.
Rusiya 2016-cı il ABŞ prezident seçkilərində Donald
Trampa kömək edib. Bu faktı Amerikanın “Vaşinqton
Post” qəzeti ortaya çıxarıb.
Qəzet bu iddia haqqında ABŞ Konqresinə təqdim edilmək üçün
hazırlanan hesabatı ələ keçirib. Hesabatda “Google”, “Facebook” və
“Twitter” daxil olmaqla, bir çox sosial media platformalarında
paylaşılan milyonlarla postun analiz nəticələri yer alıb. Nəticədə,
həqiqətən də, Rusiyanın internet vasitəsilə Donald Trampın
seçkilərdə qalib gəlməsinə kömək etdiyi ortaya çıxıb.
ABŞ Rusiya və Çinin hipersonik silahının yeni
nəslindən lazımi müdafiəyə malik deyil. Bu haqda
ölkənin Hesablama Palatasının məruzəsində deyilir.
İdarə qeyd edir ki, Moskva və Pekin yeni silaha güclü diqqət
ayırır, çünki onun sürəti və manevr qabiliyyəti raket əleyhinə
müdafiə sistemlərinin əksəriyyətinə zərər vura bilər. Bundan başqa,
hesabatda əlavə edilir ki, hipersonik texnologiyalarından adi və
nüvə raketlərinin müasirləşdirilməsi üçün istifadə etmək olar.
“Heç bir əks-tədbir mövcud deyil”, - Hesablama Palatası
yekunlaşdırıb.
ABŞ-ın Orta və kiçik mənzilli raketlərin məhv
edilməsi haqqında Müqavilədən çıxışı beynəlxalq təhlükəsizlik üçün
ən ağır nəticələrə səbəb olacaq. Bu haqda Rusiya
prezidenti Vladimir Putin Müdafiə Nazirliyi kollegiyasının
genişləndirilmiş iclasında çıxışında deyib.
Putin dünya təhlükəsizliyinin iflasını xəbər verdi - VİDEO
2019-cu ildə Rusiya Silahlı qüvvələrin əsas vəzifəsi
“nüvə triadası”nın (qitələrarası ballistik raket, strateji
bombardmançı təyyarələr və atom sualtı qayıqları –red.) döyüş
potensialının möhkəmləndirilməsidir. Bu haqda Rusiya
prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında
bildirib.
Prezidentin sözlərinə görə, raket əleyhinə müdafiə sistemlərinin
öhdəsindən gələn daha sürətli və müasir silahlara keçmək
lazımdır.
Putin dünyanı “nüvə triadası” ilə HƏDƏLƏDİ
SSRİ və ABŞ arasında imzalanmış Orta və kiçik
mənzilli raketlərin ləğvi haqqında Müqavilə Sovet İttifaqı üçün
birtərəfli silahsızlaşma oldu. Bu haqda Rusiya
prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında
bildirib.
“Bu, bir Allaha məlumdur” – Putindən SENSASİYALI AÇIQLAMA
Əgər ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi
razılaşmasından çıxdıqdan sonra öz raketlərini Avropa Birliyi
ərazisində yerləşdirsə, o zaman Rusiya ABŞ-ın Avropadakı raket
sistemlərini hədəfə almaq məcburiyyətində qalacaq.
Bunu “Birinci kanal”da yayımlanan “Böyük oyun” verilişində çıxışı
zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ raketlərinin Avropada yerləşdirilməsi və onun potensial
hədəfinin Rusiya olması ona gətirib çıxaracaq ki, Rusiya onları öz
raket arsenalı vasitəsilə əsas hədəfinə götürmüş olacaq. Bu zaman
keçmişdə yaşamağa məcbur olduğumuz situasiya yenidən
təkrarlanacaq”, – deyə o bildirib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya
tərəfindən təhlükələrə qarşı “soyuq müharibə” dövrünün
strategiyasına qayıdır. Bu haqda Böyük Britaniyanın
Müdafiə Nazirliyinin başçısı Uilyamson Qevin bildirib.
Britaniya “Soyuq müharibə” strategiyasına qayıdır
Amerikanın “We are the mighty” internet nəşri
“Borey” tipli sualtı kreyserindən nüvə döyüş başlıqlı raketlərlə
ABŞ-a zərbənin modelini hazırlayıb. Jurnalistlərin
hesablamalarına görə, bir sualtı gəmi, məsələn, “Yuri Dolqoruki”
Amerika ordusu və donanmasına sarsıdıcı zərbə vurmaq üçün kifayət
edir.
Nəşr fərz edib ki, raketlərin işə salınması üçün Rusiya sualtı
qayığının ən yaxşı mövqeyi Meksika körfəzinin sularındadır. Uçuş
məsafəsi 6000 mil olan “Bulava” raketləri ABŞ ərazisindəki bütün
əhəmiyyətli hərbi və rabitə mərkəzlərini vura biləcək.
ABŞ 1 dəqiqə ərzində MƏHV EDİLƏCƏK: Qodzilla kimi... - Nüvə zərbəsinin MODELİ - FOTO
Moskva Gürcüstanda yerləşən Luqara laboratoriyasında
ABŞ-ın hərbi-bioloji fəallığından ciddi narahatdır.
Bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici
İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin bildirib.
“Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Mərkəzində
Amerikanın hərbi-bioloji fəallığı ciddi əndişəyə səbəb olur”, -
Karasin deyib.
Rusiyadan NÖVBƏTİ SOS: Pentaqon Azərbaycan sərhədlərində…
Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik
mətbuat konfransı keçirilib.
Putinin illik mətbuat konfransı başa çatdı - YENİLƏNDİ
Rusiya silahlanma üzrə beynəlxalq sistemin
dağılmasını müşahidə edir. ABŞ-ın Orta və yaxın
mənzilli raketlərinin məhvi haqqında Müqavilədən çıxışını
xatırladan Putin deyib edib ki, Moskva bundan sonra öz silahlarını
müasirləşdirməyə məcburdur. Bunu Rusiya prezidenti Vladimir Putinin
ənənəvi illik mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, söhbət ancaq paritetin
saxlanılmasından gedir. Putinin sözlərinə görə, sivilizasiyanın,
hətta planetlərinin məhv olmasına gətirib çıxara biləcək ssenari
təhlükəsi var.
“Silahın tətbiqi ehtimalının artması tendensiyası mövcuddur. Və
bu çox təhlükəlidir. Bu, qlobal nüvə faciəsinə gətirib çıxara
bilər. İkinci problem, qeyri-nüvə planında ballistik raketlərin
tətbiqidir. Amerika partnyorları bundan imtina etdilər, amma
ideyanın özü mövcuddur”, - Putin deyib.
ABŞ-ın Suriyada mövcudluğu
qanunsuzdur. Bu sözləri Rusiya lideri Vladimir Putin
bu gün keçirdiyi böyük mətbuat konfransında deyib.
“Suriyadan ABŞ qoşunlarının çıxarılmasına gəlincə, ABŞ hər il
Əfqanıstandan da ordularını “çıxarır”. Suriyada hərbçilərin
çıxarılması da hələlik görünmür. Hər bir halda bu da baş verəcək.
Əgər indi belə qərar qəbul ediblərsə, bu, doğru addımdır”.
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı
Donald Trampla mümkün görüşü haqqında danışıb.
Ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını
cavablandıran Kremlin başçısı Trampla görüşün nə vaxt baş
tutacağını bilmədiyini deyib.
“Mən dəfələrlə demişəm ki, biz hazırıq”, - o əlavə edib.
Prezidentin sözlərinə görə, amerikalı həmkarı ilə müzakirə
olunmalı çox məsələ var.
Koreya böhranı
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın
siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına
baxır. Bu haqda Şimali Koreyanın STAK agentliyinə
istinadən “RİA-Novosti” bildirib.
Xəbərə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın
işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə
edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin
sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan
həmişəlik imtinaya gətirib çıxara bilər.
KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması
və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar
yalnız əks effektə gətirib çıxaracaq.
Şimali Koreyadan ABŞ-a təhdid məzmunlu növbəti
xəbərdarlıq edilib.
Nüvə silahından imtina etməyəcəyik, əgər... - Dünyanı ŞOKA SALACAQ TƏHDİD
Ukrayna
Ukrayna prezidenti Petro Poroşenko prezident
seçkilərində daha layiqli namizədin olacağını istisna
etməyib.
“Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki
məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa,
ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti dekabrın 16-da
keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın
31-də keçiriləcək.
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla
sərhəddə təxribat hazırlayır. Bu haqda “Komsomolskaya
Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri Sergey
Lavrov bildirib.
O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət
dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir
qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.
Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları “Qərb
kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət
idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə,
Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi
məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya
hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün
əsaslar yaratmaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov Moskvanın Ukraynanın şərqində yaradılan separatçı qurumları
tanımamasının səbəbini izah edib. “Komsomolskaya
Pravda” radiosunun efirində danışan nazirin sözlərinə görə, bu
halda, Rusiya Ukrayna hakimiyyəti ilə münasibətləri qəti
itirəcək.
Ukrayna gəmilərinə hücum göstərdi ki, Rusiyanın
davranışında keyfiyyət dəyişikliyi oldu. O artıq traktorçular,
şaxtaçılar və ya “adamcığazlar” bəhanəsi ilə öz nizami qoşunlarının
hərəkətlərini gizlətmir. İlovaysk döyüşündə bir neçə on Rusiya
taktik qrupu iştirak edirdi, amma bu gizlədilirdi. Rusiya
artilleriyasının sərhəd boyu Ukrayna qoşunlarına atəş açdığı məlum
faktdır, amma Qərb bunu görməməyə üstünlük verirdi.
Bunu Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya
prezidentinin keçmiş məsləhətçisi, iqtisadçı Andrey İllarionov
danışıb.
Ukraynada prezident seçkilərində Moskvaya loyal siyasətçilərin
qələbə qazanmayacağı halda (Ukraynada prezident seçkisi 2019-cu
ilin martın 31-də keçiriləcək –red.), Rusiyanın Ukraynaya hücum
edəcəyi barədə ekspertlərin fikirlərinə gəlincə, İllarionov bunu
mümkün sayır.
Putinin keçmiş məsləhətçisi HƏR ŞEYİ DANIŞDI: 2019-cu il martın 31-də… - ŞOK DETALLAR
Ukrayna hərbi metodlara qaçmadan Krım və Donbas
üzərində nəzarəti bərpa edəcək. Regionlar xüsusi siyasi-diplomatik
yolla qaytarılacaq. Bu haqda Ukrayna Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.
Böyük Britaniya noyabrın 25-də Kerç boğazı ətrafında
baş verən hadisə ilə əlaqədar “HMS Echo (H87)” gəmisini Qara dənizə
göndərib. Bunu “BlackSeaNews” nəşrinin baş redaktoru,
hərbi ekspert Andrey Klimenko feysbuk səhifəsində yazıb.
Torpaqlar bu yolla qaytarılacaq – XİN AÇIQLADI
Ukraynanın Nazirlər Kabineti Rusiya tərəfindən ilhaq
edilmiş Krımda fəaliyyətə görə hüquqi və fikizi şəxslərə bir sıra
sanksiyaların tətbiqi üzrə Milli Təhlükəsizlik və Müdafiə Şurasının
təkliflərini bəyənib. Bu haqda işğal edilmiş ərazilər
üzrə Nazirliyin mətbuat xidməti bildirib.
Nazirlikdən qeyd ediblər ki, hüquqi və fikizi şəxslərə
sanksiyaların tətbiqi Ukrayna ilə iqtisadi münasibətləri
qeyri-mümkün edəcək, həmçinin Avropa İttifaqi və ABŞ-la iqtisadi
münasibətlərə zərər verəcək və Ukraynanın işğal edilmiş
ərazilərinin qayıdışına imkan yaradacaq.
Ukrayna ilə sərhəddə, Krımda və Donbasın işğal
edilmiş hissələrində Rusiya hərbi texnikasının miqdarı kəskin
artıb. Bu haqda 72-ci briqadanın hərbçiləri ilə görüş
zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Prezident qeyd edib ki, sentyabr-dekabr ayları ərzində tankların
miqdarı təxminən üç dəfə artıb.
“Kosmik kəşfiyyatın məlumatına görə, təcavüzkar tankları Ukrayna
sərhədlərindən 18 kilometr məsafədə yerləşdirib. Ukrayna sərhədləri
boyu, həmçinin Krımda və Donbasda 28 batalyon taktik qrupu,
1120-dən çox tank, 2600 zirehli maşın, 1230 artilleriya sistemi,
442 reaktiv yaylım atəş sistemi və 6 operativ-taktik raket
kompleksi var”, - Ukrayna prezidenti deyib.
Donbasda Ukrayna Silahlı Qüvvələri ilə separatçılar
arasındakı təmsa xəttində vəziyyət yenidən
gərginləşib. Dekabrın 20-də baş verən döyüşlərin
gedişatında 6 separatçı ölüb, 3-ü yaralanıb.
Bir Ukrayna hərbçisinin yaralandığı bildirilir.
Ukrayna Ali Radasın deputatı Vitali Kupriy Rusiyaya
müharibə elan etmək xahişiylə prezident Pyotr Poroşenkoya
müraciətin layihəsini parlamentə təqdim edib. Bu haqda Ali
Radadan bildirilib.