2019-cu ildə Üçüncü dünya müharibəsi başlanması ehtimal edilən ən “qaynar” regionlar Cənubi Çin dənizi, Ukrayna, Fars körfəzi və Koreya yarımadasıdır.

Publika.az xəbər verir ki, bu haqda “The National Interest” jurnalında ABŞ ordusunun hərbi kollecinin professoru Robert Farlin yazıb.

Üçüncü dünya müharibəsi 4 regionda başlana bilər: 2019-cu il üçün QORXUNC PROQNOZ

Farlinin fikrincə, “qaynar nöqtələr”dən biri Cənubi Çin dənizidir. Onun sözlərinə görə, ABŞ və Çin arasında mübarizə hələ ki iqtisadi sanksiyalar və tariflərlə bağlı mübahisələr çərçivəsində özünü göstərir, ancaq ikitərəfli münasibətlərin pisləşməsi münaqişə ilə nəticələnə bilər.

Üçüncü dünya müharibəsi 4 regionda başlana bilər: 2019-cu il üçün QORXUNC PROQNOZ

Farli hesab edir ki, Ukrayna dünya müharibəsinin başlana biləcəyi məkanlardan biridir. O, Kerç boğazında bu yaxınlarda baş verən hadisəni xatırladıb.

“Rusiya, ehtimal ki, Ukraynada seçkilərdən əvvəl “statusa-kvo”nun pozulmasında maraqlı deyil. ABŞ və Rusiya arasında davam edən gərginliyi nəzərə alaraq, hətta kiçik sarsıntı son bir neçə il boyunca regionda müşahidə olunan balansı dağıda bilər”, - Farlin xəbərdarlıq edib.

Üçüncü dünya müharibəsi 4 regionda başlana bilər: 2019-cu il üçün QORXUNC PROQNOZ

Farlinin fikrincə, üçüncü “qaynar region” Fars körfəzidir. Burada gərginlik ABŞ-ın İrana təzyiqinə, həmçinin Yəmən və Suriyadakı münaqişələrə artır. Onun sözlərinə görə, regionun strateji qiymətini nəzərə alaraq, qeyri-sabitliyin istənilən təzahürü burada açıq toqquşmaya gətirib çıxara bilər.

Üçüncü dünya müharibəsi 4 regionda başlana bilər: 2019-cu il üçün QORXUNC PROQNOZ

Professor hesab edir ki, ABŞ və Çinin son sülh təşəbbüslərinə baxmayaraq, Koreya yarımadası gərginliyin dördüncü mərkəzidir. Onun fikrincə, Vaşinqton və Pxenyan arasında münasibətlər istənilən vaxt pisləşə bilər. Farlin Koreya məsələsi üzrə baş oyunçular olan Çin və Yaponyanın da fikir ayrılıqlarına diqqət çəkir.

Ömər