Avtovağzaldan bölgələrə üz tutanlar, DİQQƏT!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hazırda Bakı Beynəlxalq Avtovağzalı (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Metbuat.az-a açıqlamasında bildirib ki, sərnişinlər biletləri 10 gün öncə həm kassadan, həm onlayn şəkildə ala bilərlər:

“Həmçinin, biletləri həmin gün 2 saat əvvəldən də bileti əldə bilərlər. Sərnişinlər daha çox bayram günlərində sıxlığa düşməmək üçün biletləri öncədən alırlar.

Hazırda bilet çatışmazlığıyla bağlı problemimiz yoxdur. Bayram günlərində sıxlığın yaşanmaması üçün ehtiyat avtobuslar ayrılıb. Hər hansı bir istiqamətdə sərnişin sıxlığı yaşanarsa, həmin istiqamətdə ehtiyat avtobsulardan istifadə olunacaq.

Problemlə qarşılaşan sərnişinlər (012) 406-01-58 və ya (012) 406-01-59 məlumat mərkəzinə müraciət edə bilərlər. Bütün müraciətlər qəbul edilir və yerindəcə həllini tapır”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) dekabrın 15-dən yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gələn il valyuta bazarında... - İqtisadçıdan ŞƏRH – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR