Daşınmaz əmlak bazarında ARTIM VAR

2018-ci ilin ilk 11 ayı üzrə daşınmaz əmlak bazarında artım qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bununla bağlı Metbuat.az-a açıqlama verib.

“2018-ci ilin ilk 11 ayı üzrə ümumi daşınmaz əmlak bazarı üzrə 6.78% artım olub. Belə ki, təkrar mənzil bazarı üzrə 1.78%, ilkin mənzil bazarı üzrə 1.81%, torpaq bazarı üzrə 8.65%, həyət və bağ evləri üzrə 10.45%, kommersiya obyektləri üzrə 1% artım yaşanıb. Ümumilikdə, 6.78% artım qeydə alınıb”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Avtomobil bazarı 2018-ci ildə - Qiymət artımı yaşadı / ŞƏRH


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR